İntihar statistikası: özünə qıyan dahilər, Çində rekord, qadınların 3 dəfə artıq cəhdi, kişilərin qətiyyəti...

Maraqlı 18:09 14.04.2019

İstənilən prizmadan baxanda bütün variantlarda intihara, həm də intihara sövq edən mühitə (insana, cəmiyyətə, hər hansı bir konkret hadisəyə) haqq qazandırmaq olmur. Neçə onilliklər boyu intihara qarşı mübarizə vasitələri düşünülüb bütövlükdə cəmiyyətdə tətbiq edilsə də, hələ ki, müsbət nəticə əldə etmək mümkün olmayıb. Əksinə, bəzi ölkələrdə intihar yüksələn şakala ilə qeydə alınmaqdadır.

İntihar hadisələri ilə bağlı statistik göstəricilərin tükürpədici rəqəmlərlə əks olunduğunu söyləsək, yəqin ki, yanılmarıq. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər 40 saniyədən bir planetin bir sakini öz həyatına qəsdən son qoyur. Təşkilatın hasablamalarına görə, hər gün dünyada 3 min nəfər, il ərzində isə təxminən 1 milyona yaxın insan intihar edir. 
Dünyada insan ölümlərinin səbəbləri araşdırılarkən, belə bir nəticə də əldə olunub ki, səbəblərdən birincisi xəstəlik, ikincisi bədbəxt hadisələr, üçüncüsi isə intihardır. İntihar hadisələrinin bu sırada üçüncü yerdə durması anlaşılmaz olduğu qədər, həm də gözlənilməz və əsaslı narahatlıq yaradacaq bir haldır.

İntihar hadisələri ilə bağlı bir çox diqqət çəkən faktlar mövcuddur. Məsələn, Cində hər iki dəqiqədən bir intihar hadisəsi baş verir. Dünyada baş verən intihar hadisələrinin təxminən dörddə bir hissəsi Çində baş verir ki, bu da təxminən hər il 300 min insanın özünə qəsd edərək öldürməsi deməkdir.

Картинки по запросу хемингуэй

Yazıçı Ernest Heminquey

İntihara cəhd etmək və təkrar-təkrar bu cəhdlərdən sonra sonda istədiyinə nail olmaq təkcə adi insanların həyatında baş vermir. Bəzi məşhurlar da, məhz öz həyatlarında intiharı çıxış yolu seçiblər. Ziqmund Freyd, Kleopatra, Ernest Heminquey, Hannibal, Cek London, Sokrat, Vinsent van Qoq kimi tanınmışlar öz həyatlarına intiharla son qoyublar.

Bəzi ölkələrdə intihara cəhd edənlər dövlətin rəsmi qanunları ilə cəzalandırırlar. Məsələn, Sinqapurda və Hindistanda intihara cəhd edənlər bu ölkənin qanunlarına müvafiq 1 ilə qədər azadlıqdan məhrum edilirlər. Təbii ki, əgər cəhd baş tutmayıbsa.

Hələ orta əsrlərdə Avropada intihar hadisəsi cinayətlə bərabər tutulub və cəmiyyət tərəfindən olduqca mənfi qarşılanıb. Hətta intihar edənlərə ölümlərindən sonra belə cəza tətbiq edilib. İntihar edənin əmlakı müsadirə olunub, cəsədi təhqir hədəfinə çevrilib və qəbirstanlıqda dəfn edilməkdən məhrum olunub.

Qədim dövrlərdə düşmənə əsir düşməmək üçün insanlar qrup şəkilində də intihar ediblər. Eramızdan 473 il əvvəl 960 yəhudi romalılara əsir düşməmək üçün belə qərara gəliblər. Onların arasından yalnız iki qadın və beş uşaq cəsarət taparaq ölümün əlindən xilas ola biliblər.

Dünyanın ən inkişaf etmiş ölkələrindən biri saydığımız Fransada, gün ərzində orta hesabla 24 nəfər intihar edir, intihar hadisələri əsasən metrolarda baş verir. Qeyd edək ki, ümumiyyətlə dünyada intihar edənlərin hər iyirmi nəfərdən biri metroda özünə qəsd edir.

Картинки по запросу sirkə içən qadın

İntihar hadisələri ilə bağlı diqqət çəkən məqamlardan biri də qadınlar və kişilər arasındakı özünəqəsdə cəhdin statistik göstəriciləri ilə bağlıdır. Qadınlar kişilərlə müqayisədə intihara üç dəfə daha çox cəhd göstərirlər. Ancaq bir fakt da var ki, intihara cəhdin “uğurla” başa çatmasında kişilər qadınları üç dəfədən artıq üstələyirlər. Yəni kişilər intihara qadınlardan az cəhd göstərsələr də, bu cəhdlərdə qətiyyətli olurlar.

Gənc insanların daha çox intihar etməsi ilə bağlı ümumi bir fikir formalaşsa da, statistik göstəricilərə görə, yaşlı insanlar arasında intihar hadisələri çoxluq təşkil edir.

Maraqlı faktlardan biri də odur ki, ayrı-ayrı millətlərin öz intihar üsulları var. Ruslarda özünü asmağa, ingilislərdə zəhər udmağa, italyanlarda və amerikalılarda silahdan istifadə etməyə üstünlük verilir. Azərbaycanda da intihar hadisələri əsasən özünü asmaqla, yaxud hündür yerdən atmaqla baş verir.

İntiharla bağlı araşdırmalar nəticəsində məlum olub ki, ilin fəsilləri ilə intihara meylliliyin arasında əlaqə var, belə ki, yaz fəslində intihar hadisələri 4-6 faiz artır.

Mütəxəssislər intihara gətirib çıxarmanın səbəblərini də araşdırıblar. Bu səbəblər siyahısında xəyanət, uğursuz sevgi, yaxın bir insanın ölümü, təhsildə və işdə uğursuzluq, müflisləşmə, qarşı tərəfdən alçaldılma, təhqir olunma, fiziki təzyiq, zorlanma, psixi xəstəliklər və depressiya əsas yeri tutur.

İntihar hadisələri ilə məşğul olan tədqiqatçılar bu problemin yaranmasında kütləvi informasiya vasitələrini də günahlandırırlar. Onların fikrinə görə, televiziya və mətbuatda intihar hadisəsinin baş verməsi haqqında gedən informasiyalar intihar etmək istəyən insanın intihar planının həyata keçirməsini daha da sürətləndirir. Belə ki, intihara cəhd edən insan onun real olduğunu belə informasiyalarla bir daha özündə təsdiqləyir.

Son olaraq, kimsə intiharı son çıxış yolu kimi qəbul edib, intihar edəni ölümə doğru gedən güclü birisi sayırsa, yanılır, intihar güclü olmağın yox, zəifliyin “təntənəsidir”.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Hamısı