Gürcüstanın keçmiş prezidenti evini 80 dollara kirayəyə verir - VİDEO | Eurasia Diary - ednews.net

26 May,


Gürcüstanın keçmiş prezidenti evini 80 dollara kirayəyə verir - VİDEO

Maraqlı A- A A+

Gürcüstanın sabiq prezidenti şəxsi kottecini günü 80 dollardan kirayəyə verir. Sabiq prezident kottecin kirayəçilərinə həyətdə yetişdirdiyi meyvə-tərəvəzlərdən də dadmağı təklif edir.

Bu barədə “Sputnik-Gürcüstan” məlumat yayıb.

Məlumatda bildirilir ki, G.Marqvelaşvili kotteci iki il əvvəl özü tikib. Kottec sabiq prezidentin ailəsinin yaşadığı bağdakı evinin yaxınlığında yerləşir. Evdəki mebellərin çoxunu da məhz G.Marqvelaşvili özü hazırlayıb.

Kotteci turistlərə icarəyə vermək ideyası eks-prezidentin xanımına məxsus olub.

Kottecin bir günlük kirayə haqqı 80 dollardır.

G.Marqvelaşvili prezident müddəti başa çatandan sonra Gürcüstan İnstitutunda siyasət mövzusunda mühazirə oxuyur.

Arzu edənlər “Airbnb” xidməti üzərindən bu evi kirayələyə bilərlər. Artıq ilk qonaqlar sifarişlərini veriblər. Bu ayın sonunda fransalı turistlər sabiq prezidentin qonağı olacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...