Dövlət başçılarının saatları Tramp 7000, Merkel 100, Sindzo Abe 300, Zelenski 1200 dollarlıq saat taxır - FOTOLAR

Maraqlı 18:58 30.06.2019

Hələ çox qədim zamanlardan insanlar vaxtı müəyyən etmək üçün fərqli vasitələrdən istifadə ediblər. Əvvəlcə misirlilər Günəş saatını kəşf ediblər, sonra su saatı yaranıb, daha sonra qum saatı icad edilib. Beləliklə də vaxtı müəyyənləşdirmək üçün saat adlı bir cihaz ən müasir və gərəkli bir əşyaya çevrilərək, insanların həyatına daxil olub.

Saat həm də insanların ən çox xoşladığı aksessuarlardan biridir. Müasir dövrümüzdə ayrı-ayrı şirkətlərin təqdim etdiyi saat bolluğu içərisində yəqin ki, heç kim öz saatı ilə digərini təəccübləndirə bilməz. 

Amma yox, iki gün öncə azərbayçanlı gəncin oğurlanmış saatı həqiqətən də insanlarda böyük təəcüb doğurdu. Hətta dünyanın ən aparıcı dövlətlərinin başçılarının saatlarının qiyməti bu gəncin taxdığı saatın qiymətindən müqayisə edilməz dərəcədə ucuz və sadədir.

Maraqlıdır, bəs, siyasi liderlər öz dəyərli vaxtlarını hansı saatla izlyirlər? Onlardamı valideynlərinin “imtina” etdiyi bu gəncin saatı qədər bahalı brendlərdən taxırlar?

watch_president_usa_2.jpg (99 KB)

Amerika Birləşmiş Ştatlarının 45-ci prezidenti Donald Tramp dəyərli vaxtına əsasən kvadrat formalı, korpusu qızıldan, qara dəri kəmərli “Vacheron Constantin Historiques” saatı ilə nəzarət edir. Bu saatın qiyməti 6 min ABŞ dollarıdır.

Bununla yanaşı, prezidentin əlavə olaraq bir neçə saatı da var. Onların arasında ən çox maraq doğuran isə sabiq prezident Reyqanın saatıdır ki, Tramp bu saatı hərracdan 7 min dollara alıb.

9dd2d38328d7.jpg (47 KB)

Almaniya kansleri Angela Merkel uzun illərdir ki, siyasi kursunu dəyişmədiyi kimi, sadə həyat tərzini də dəyişmir. Özünü ölkəsinin vətəndaşlarından ayırmayan xanım siyasətçi saat məsələsində də sıravi vətəndaşlarla fərqli durumda deyil. A.Merkel zamanı cox adi bir cihazla, korpusu düzbucaqlı olan, qara dəri kəmərli  “Boccia Titanium” saatı ilə izləyir. Bu saatın qiyməti təxminən 100 ABŞ dollarına yaxındır.

827833382.jpg (82 KB)

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin canlı yayımlarda, keçirdiyi ənənəvi mətbuat konfranslarında tez-tez saatına baxmasına çoxları şahiddir. Təbii ki, bu, prezidentin vaxt məhdudiyyətindən xəbər verir. 

Amma yəqin ki, Putin həm də saata bir akssesuar kimi də laqeyd yanaşmır. Bəlkə də elə buna görədir ki, Rusiya prezidenti həmkarlarından fərqli olaraq, dəyərli vaxtını daha bahalı saatla izləyir. Vladimir Putinin əsasən istifadə etdiyi “Patek Philippe Calatrava” saatının qiyməti təxminən 18 min ABŞ dolları civarındadır.

343099.jpg (31 KB)

Dünyanın siyasi müstəvisində fərqli siyasətçi kimi tanınan Şimali Koreya lideri Kim Çen In saat seçimində bir o qədər də fərqlənmir. O, əsasən “Omeqa” markasına üstünlük verir. Kim Çen Inın bu markadan olan saatlarının qiyməti 6 min dollar və 10 min dollar arasında dəyişir.

73523afba242.jpg (41 KB)

Yaponiyanın baş naziri Sindzo Abe vaxtını “Astron от Seiko” saatı ilə müəyyənləşdirir. Baş nazir həm də bununla öz ölkəsinin istehsal etdiyi bu markanı reklam etmiş olur. 

Qeyd edək ki, dünya bazarlarında “Seiko” markalı saatların qiyməti 300-1200 dollar arasında dəyişir. Bakıda fəaliyyət göstərən brend saat mağazalarında bu markadan olan orginal saatları 600-900 manat arasında əldə etmək olar.

Часы Владимира Зеленского Hublot 2.jpg (36 KB)

Ukrayna prezidenti Vladimir Zelenski saat seçimində “Tag Heuer” saatına daha çox üstünlük verir. Məhz seçkilərdə qələbə anını Zelenski bu saatla gözləyib. “Tag Heuer” markalı saatların qiyməti 1200 dollardan başlayır. Bu markadan olan ən bahalı saatın qiyməti isə 7300 dollardır.

14397301.jpg (63 KB)

Ermənistanın baş naziri Paşinyanın saatının qiyməti 50 min ABŞ dollarıdır. Amma bu faktı baş nazir təkzib edib və qeyd edib ki, o, Ermənistan istehsalı olan saat taxır və həmin saatın qiyməti 200 dollara yaxındır. 

Təbii ki, seçim onun öz ixtiyarındadır. Amma bəlli olan bir məsələ var ki, Paşinyan istər 50 min dollarlıq, yaxud da 200 dollarıq saat taxsa da, zaman onun xeyrinə işləmir...

Göründüyü kimi, siyasi liderlər müxtəlif qiymətlərdə olan müxtəlif saat brendlərinə üstünlük verirlər. Təbii ki, bu da normal bir haldır. Normal olmayan isə bir gəncin 2 milyon dollar qiyməti olan saat taxmasıdır. Həmin saatın oğurlanmasına gəldikdəsə, bu məqamda “oğrudan oğruya halaldır” məsəli yada düşür.   

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Hamısı