S-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


S-400-ün “Patriot”la müqayisəsi - Hansı güclüdür - VİDEO

Maraqlı A- A A+

Rusiyadan Türkiyəyə S-400 zenit raket komplekslərinin ilk hissələri çatdırılıb. Türkiyənin Müdafiə Nazirliyinin sözügedən informasiyanı yaymasından sonra bir çox mətbuat orqanında qardaş ölkənin aldığı S-400-lərlə ABŞ-ın “Patriot” komplekslərinin müqayisəsi aparılıb.

Eurasia Diary axar.az-a istinadla öz sahəsində dünyanın ən müasir və güclü silahları sayılan komplekslərin müqayisəsini təqdim edir:

“Patriot" sistemi radar, atəş nəzarət mərkəzi, enerji mənbələri, rabitə cihazları, texnoloji avadanlıqlar, radio-texniki və texniki kamuflyaj vasitələri, buraxılış qurğuları və idarə oluna bilən raketlərdən ibarətdir.

S-400 sistemi hər biri 12 buraxılış qurğusuna sahib 8 raket kompleksi, sistem nəzarət mərkəzi, radar mərkəzi, antenlər üçün səyyar qüllə, idarə olunan raketlər, texniki dəstək sistemi, raketlər üçün texniki qulluq vasitələrindən ibarətdir.

Sistemlərin aerodinamik hədəfləri vurma mənzili:

“Patriot” - 160 kilometr;

S-400 - 250 kilometr;

Sistemlərin ballistik raketləri vurma mənzili:

“Patriot” – 45 kilometr;

S-400 - 60 kilometr;

Hədəfləri vurma yüksəkliyi:

“Patriot”larda maksimum - 24 kilometr;

S-400-lərdə maksimum - 27 kilometr;

Radarların əhatə dairəsi və qurulma müddəti:

“Patriot” - 150 kilometr, 30 dəqiqə;

S-400 - 600 kilometr, 5 dəqiqə;

Sistemin reaksiya müddəti və raketin buraxılış bucağı:

“Patriot” - 15 saniyə, 38 dərəcə;

S-400 - 10 saniyə, 90 dərəcə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...