Məşhur kinorejissordan Atatürk ETİRAFI "O, heç bir müsəlman ölkəsinin hökmdarının edə bilmədiyini etdi"

Maraqlı 14:24 04.08.2019

Sovet, Rus və Amerika kinorejissoru və ssenaristi, ictimai və siyasi xadim, Rusiyanın xalq artisti Andrey Konçalovski verdiyi video-müsahibədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk haqqında fikirlərini bölüşüb. 

Eurasia Diary Konçalovskinin müsahibəsini ana dilimizə çevirərək oxucularımıza təqdim edir:

“Mustafa Kamal Atatürk - Türkiyənin ilk prezidenti, islahatçı, diktator, Türkiyəni Avropa ölkəsinə çevirən bir insandır. Belə demək olar ki, Türkiyənin I Pyotrudur. Qadınlara çadrasız gəzməyə icazə verən o olub. Türkiyənin paytaxtını Ankaraya köçürən məhz o idi. O, tramvayları işə saldı, parlamenti qurdu, ərəb yazısı əvəzinə Latın əlifbasını tanıtdı. Mənim fikrimcə, onun etdiyi ən vacib şey müasir Türk Ordusunu yaratması idi. O, zabit korpusu institutunu yaratdı, ordunun demokratiyanın qarantı olduğu yeni idarəetmə formasını yaratdı. Türklər onu çox sevirlər.

Deyə bilərik ki, ölkədə Atatürkə pərəstiş var və mənim fikrimcə o, buna layiqdir, çünki onun öz ölkəsi üçün etdiklərini Türkiyə tarixində başqa heç kim etməyib. Hər yerdə Atatürkün təsvirləri yer alıb: heykəllər, büstlər ... Maraqlıdır ki, Atatürk sovet hərbi komandirləri üçün 2 abidə qoydurub, Voroşilov və Fronze türk qüvvələrinin yunanlara qarşı apardıqları müharibədə kömək etdikləri üçün onlara abidə ucaldıb. Yeri gəlmişkən, o yunan qoşunlarını darmadağın edərkən, maraqlı ideoloji yanaşma irəli sürərək dedi:

"Bu qisasdır! Bu, Troya müharibəsində Troyanın darmadağın edilməsinə görə türklərin qisasıdır." Yunan ordusunun məğlubiyyətindən sonra Atatürk azad edilmiş İzmirə girəndə kimsə təkərlərin altına yunan bayrağı atdı. O, maşını dayandırdı, yerə düşdü, yunan bayrağını qaldırdı və camaata müraciət etdi: "Bayraq millətin suverenliyinin rəmzidir və onu təhqir etmək olmaz". Araya sükut çökdü.

Atatürk, məncə, istedadlı insan idi. O effekt yaratmağı bacarırdı. Birincisi o çox təmiz təraş edə bilirdi. Bu, müsəlmanlara məxsus adət deyildi. O, Parisdə tikilmiş heyrətamiz frak, smokinq geyirdi, saçını tən ortadan ayırırdı və spirtli içki qəbul edirdi. Bunların hamısı bir çağırış idi. Düşmənləri çox idi. Onun öləcəyini proqnozlaşdırırdılar və fundamentalistlər onu hər saniyə öldürə bilərdilər, ancaq o sağ qaldı. O, ya çox cəsur idi, ya da bəxti gətirdi. Atatürk demək olar ki, heç bir müsəlman ölkəsinin hökmdarının edə bilmədiyini etdi.

O, Türkiyəni dünyəvi, demokratik, demək olar ki, Avropa dövləti etdi. Ömrünün sonunda o darıxırdı və əziyyət çəkirdi. O darıxmaqdan əziyyət çəkirdi, yeri gəlmişkən darıxmaqdan yox, qaraciyər sirrozundan ölüb. Həddindən artıq spirtli içki qəbul edirdi, lakin bu, türklərin gözündə böyük lideri heç də aşağı salmırdı. Əksinə, onlar məmnuniyyətlə, ehtiramla ilk prezidentlərini və Türkiyə dövlətinin qurucusunu xatırlayırlar”.

Tərcümə etdi: Gülnar SƏLİMOVA


"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Çin ABŞ-a xəbərdarlıq edib
Çin ABŞ-a xəbərdarlıq edib
09:44 26.04.2024
Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Hamısı