Oxucunun yaratdığı ilk kitab mağazası açıldı | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Oxucunun yaratdığı ilk kitab mağazası açıldı

Maraqlı A- A A+

Dünyada ilk dəfə oxucu əlverişli qiymətə kitab əldə etmək üçün kitab mağazası yaratdı.

Eurasia Diary xəbər verir ki, bir neçə ay bundan əvvəl kitab qiymətlərinin ucuzlaşdırmaq məqsədilə  oxucular arasında “Kitabıstan mağazası açaq” ianə kampaniyasına başlanmışdır.

Bu gündən, yəni 21 oktyabrdan etibarən Kitabıstan mağazası açılır.  Mağazanın fəaliyyəti ilə bağlı işlər tam yekunlaşmayıb. Rəhbərliyin verdiyi məlumata görə bütün nəşrlərin qiyməti aşağı salınacaq, digər nəşriyyatlara aid olan kitabların satışı da oxucunun büdcəsinə uyğun nizamlanacaq. Bununla yanaşı, gənc yazarların kitablarının satışı üçün faiz alınmayacaq.

Məlumat üçün qeyd edək ki, Kitabıstan mağazası  28 may metrostansiyasının yaxınlığı, Heydər Əliyev adına Respublika sarayının arxasındakı keçiddə yerləşir. (azedu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...