10 yaşlı uşaq 100 min dollar topladı | Eurasia Diary - ednews.net

29 Fevral, Şənbə


10 yaşlı uşaq 100 min dollar topladı

Maraqlı A- A A+

ABŞ-ın Massaçusets ştatının Hinqham şəhərində yaşayan 6 yaşlı Oven Kalli Avstraliyadakı meşə yanğınlarından zərər görən heyvanlar üçün 100 min dollar toplayıb.

Eurasia Diary xəbər verir ki, bu barədə Ovenin anası CNN-ə açıqlamasında deyib. O, oğlunun Avstraliyadakı yanğınlarda heyvanların tələf olmasına çox üzüldüyünü bildirib. Valideyləri Ovenlə birlikdə gildən kiçik koalalar hazırladıqlarını və 50 dollardan çox yardım edən şəxslərə bu koalalardan göndərdiklərini söyləyib.

Anası Ovenin hazırladığı koalalarla indiyə qədər 100 min dollar yığdığını deyib.

Qeyd edək ki, Avstraliyada bir neçə aydır davam edən yanğınlar səbəbiylə 27 nəfər həyatını itirib, 1 milyard heyvan tələf olub.(Metbuat.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...