Planetimizin yer aldığı sistemin tək ulduzu olan Günəşi araşdırmaq üçün NASA tərəfindən kosmosa göndərilən "Solar Orbiter" ilk məlumatları Yerə göndərib.
Eurasia Dairy "İndependent"ə istinadən xəbər verir ki, bu məlumatlar kalibrləmədən sonra kosmosda uzun bir yol qət edərək may ayından sonra Yer kürəsinə çatacaq.
"Solar Orbiter" qarşıdakı müddətdə xüsusi istiqamətlə hərəkət edərək Günəşin daha əvvəl görüntülənməmiş qütb bölgələrini qeydə alacaq.
Qeyd edək ki, "Solar Orbiter" ötən həftə "Atlas V 411" raketi ilə NASA-nın Floridadakı bazasından kosmosa göndərilmişdi. Peyk ən yaxın keçişində Günəşə 42 milyon kilometr yaxın olacaq.(metbuat.az)