Nadir quş növlərindən sayılan Ağ durna (Sibir durnası) son 10 il ərzində Azərbaycan təbiətində ilk dəfə görünüb.
Eurasia Diary-nin "Bird Guides" jurnalına istinadən verdiyi məlumata görə, martın 1-də israilli ornitoloq Rami Mizrahi durnanı Şirvan Milli Parkında müşahidə edib.
Bu, həmin quşların miqrasiya dövründə özlərinə yeni durma nöqtəsi tapmasından və təbii şərait yaxşılaşdığı üçün Azərbaycana qayıtmasından xəbər verir.