İtaliyada qəribə olay - Koronavirusdan qorunmaq üçün "Quran"... | Eurasia Diary - ednews.net

25 İyun, Cümə


İtaliyada qəribə olay - Koronavirusdan qorunmaq üçün "Quran"...

Maraqlı A- A A+

EDNews.net  Türkiyə mətbuatına istinadla xəbər verir ki, ölkə əhaləsinin çoxunun xristian dininə sitayiş etdiyi İtaliyanın Karpi şəhərində bələdiyyə sədri koronavirusdan qorunmaq üçün imama "Quran" oxutdurub.

Koronavirusdan ən çox zərər çəkən ölkələrdən biri olan İtaliyada bələdiyyə sədri Alberto Bellelli şəhərin ən böyük meydanı olan Martiridə "Quran" oxutdurub.

"Virusa qarşı birlikdə dua edəcəyik", - deyən bələdiyyə sədri sonradan meydana çağırdığı imama "Quran" oxudub.

İmam "Quran"dan Əl-imran surəsini oxuyub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən bugünədək İtaliyada koronavirusdan 23660 nəfər ölüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...