Yaponiyada yenicə açılan bir kafeyə müştərilər kirpilərlə vaxt keçirmək üçün gəlirlər. Onlar bunun üçün əlavə pul ödəyirlər.
"Eurasia Diary" Yaponiya mətbuatına istinadən xəbər verir ki, kafedə müştərilərə terapiya məqsədilə kirpilər təklif edilir. Müştərilər kirpilərlə həftə içi, yarım saat vaxt keçirmək üçün 9.3 dollar ödəyirlər. Həftəsonu isə qiymətlər bir az baha olur. Kirpiləri yemləmək üçün də əlavə pul alınır.
Kafedə kirpi də satılır.
Bura gələn müştərilər özləri kirpini seçib, əllərini yuduqdan sonra xüsusi qutularda kirpilərlə vaxt keçirə bilirlər.