"Azərbaycançılıq ideologiyasının təbliği hər bir azərbaycanlı üçün vacib məsələlərdən olmalıdır"

Maraqlı 12:32 23.07.2020
Xaricdəki hər bir soydaşımız fəaliyyət göstərdiyi sahədə azərbaycançılıq ideyasını yaşatmağa çalışır. Bu mövzuda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi AR Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında təbliği mövzusunda tədbirlərin keçirilməsi" layihəsi əsasında müsahibələrini davam etdirir. Layihənin məqsədi azərbaycançılıq ideyasının dünya azərbaycanlıları arasında əsas birləşdirici faktora çevrilməsinə, onların milli-mənəvi birliyinin möhkəmləndirilməsinə töhfə verməkdir. Layihə çərçivəsində Omanın Sultan Qaboos Universitetinin Musiqi departamentinin müəlliməsi Vüsalə Əmirbəyovanın "News12.az"a müsahibəsini təqdim edirik. Xatırladaq ki, Vüsalə Yusif qızı Əmirbəyova 22 oktyabr 1978-ci ildə Sumqayıt şəhərində dünyaya gəlib. 1993-cü ildə Sumqayıt Musiqi Kollecinə qəbul olunub. 1996-cı ildə ölkə pianoçular müsabiqəsinin qalibi olub. 1997-ci ildə kolleci fərqlənmə diplomu ilə bitirib.1997-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo ifa və fortepiano fakültəsinə daxil olub. 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistr dərəcələrinə yiyələnib. Hər iki səviyyəni fərqlənmə diplomu ilə bitirib. 2003-2011-ci illərdə Azərbaycan Milli Konservatoriyasında konsertmeister kimi çalışıb və Sumqayıt Musiqi Kollecində pianodan dərs deyib. 2007-ci ildə Almaniyada Lüdviqshafen şəhərində musiqi kollecində solo konsert verib. 2012-ci ildə London Musiqi Akademiyasının solo piano ifaçısı LRSM diplomuna layiq görülüb. Gənc alim-tədqiqatçı olaraq fəaliyyəti dövründə həm solo konsertlərdə, həm də beynəlxalq konfranslarda  Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr edilmiş təqdimatlarla çıxış edib. Ailəlidir, iki övladı var.
-Omanda azərbaycançılıq ideyasını necə yaşadırsız?
-Mən Omana 2011- ci ildə Sultan Qaboos Universiteti Musiqi departamenti tərəfindən aldığım dəvət əsasında köçmüşəm. Gəldiyim ilk zamanlardan müəllimlik fəaliyyətimlə yanaşı, gənc tədqiqatçı kimi istər universitetin, istərsə də Omanın xaricində Azərbaycan musiqisinin təbliğatına başladım. Məsələn, mən ilk və yeganə azərbaycanlıyam ki, Sultan Qaboos Universitetinin təsis etdiyi və nüsxələrinin bir çox Avropa universitetlərinə təqdim olunan elmi jurnalında məhz Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş və 2 dildə (ərəb və Azərbaycan dillərində) çap olunmuş, məqalələrim var. Mən gəldiyim zaman Azərbaycan burada elə də tanınmırdı, biz ilk dəfə 2012-ci ildə universitetin təşkil etdiyi “Beynəlxalq gün” tədbirində öz milli geyimlərimizdə Azərbaycanın milli və klassik bəstəkar musiqilərimizi ifa etdim və bu, çox böyük maraqla qarşılandı. Bu və digər istiqamətdə gördüyüm işlərlə Omanda azərbaycançılıq ideyasını musiqiçi olaraq yaşadıram.
 
-Azərbaycan klassik musiqisinə Omanda maraq necədir?
-Mənim təhsil sahəsində, üstəlik universitetdə müəllim olaraq fəaliyyət göstərməyim təbliğat işində çox əlverişlidir. Belə ki, mən öz tədris planıma Azərbaycan bəstəkarlarının əsərlərini də əlavə etdim və hətta deyərdim ki, bu təcrübəm çox uğurlu oldu. Omanlı tələbələrim Şərq koloritli klassik musiqimizi- dahi Üzeyir Hacıbəyovun, görkəmli bəstəkarlarımız Fikrət Əmirovun, Tofiq Quliyevin, Qara Qarayevin əsərlərini sevə-sevə ifa edilər.
 
-Xaricdə ölkəmizin təbliğində milli və klassik musiqimizin nə kimi rolu var?
-Mən 2016-cı ildə məzun olduğum və eyni zamanda mənə çox doğma olan Bakı Musiqi Akademiyasının doktoranturasını bitirərək “Sənətşünaslıq üzrə Fəlsəfə doktoru” elmi dərəcəsini aldım və dissertasiya mövzum olan “Azərbaycan bəstəkarlarının yaradıcılığında
bədii məzmun məsələləri” (Q.Qarayevin, F.Əmirovun və C.Hacıyevin simfonik əsərləri timsalında) haqda dünyanın bir çox nüfuzlu beynəlxalq elmi konfranslarda çıxışlar etdim.
Bir neçəsini sadalamaq istərdim:
2016-cı ildə Sinqapurda keçirilən İncəsənət və humanitar elmlər üzrə beynəlxalq konfransda Azərbaycan musiqisi haqqında çıxış edən  ilk azərbaycanlı oldum.
2017-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən "Çoxşaxəli akademik tədqiqatlarda qlobal məsələlər” adlı 3-cü Beynəlxalq Konfransda     (GIMAR-2017) (çıxış-təqdimat ilə)
2018-ci ildə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Kembric Universitetinin Newnham Kollecində keçirilən “Fənlərarası Sosial Elm Tədqiqatlara dair” adlı Beynəlxalq Konfransda bir daha Azərbaycan musiqisi haqqında cıxış edən ilk azərbaycanlı oldum.
 
-Omanda bu vaxta kimi hansı diskləriniz nəşr edilib? Perspektivdə diskləriniz nəzərdə tutulubmu?
-Mənim 2012-ci ildə Omanın milli televiziyası olan OmanTV-də solo əsərlərimdən ibarət konsert proqramım yayımlandı. Bir neçə omanlı musiqiçidən disk yazdırmaq kimi təkliflər var, yaxın zamanda məlum hadisələr bitər bitməz reallaşdırmağı düşünürəm.
 
-Azərbaycançılıq ideologiyasının təbliğ olunmasına nə dərəcədə ehtiyac var?
-Ümumiyyətlə hər hansı bir ölkədə, hətta bir azərbaycanlı varsa, demək ki, orada Azərbaycan var. Bu mənim yanaşmamdır. Hər zaman hər yerdə çalışıram ki, ölkəmizi gözəl tərəfdən tanıdım və bu yönümdə bir çox işlər görürəm. Düşünürəm ki, azərbaycançılıq ideologiyasının təbliğ olunması xaricdə yaşayan hər bir azərbaycanlı üçün vacib məsələlərdən olmalıdır.
 
-Pandemiya dövründə musiqiçi olaraq yerli cəmiyyətə nə kimi töhfəniz olub?
-11 iyul tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beyinqazanma Proqramının təqdimatında Bakı Musiqi Akademiyasının magistr və bakalavr tələbələri üçün “COVİD 19 pandemiyası zamanı sosiallaşmanın əhəmiyyəti (mədəniyyətimizin təqdimatı, təbliğatı və qorunması)” mövzusunda videokonfransım baş tutdu. Eləcə də “Evdə qal, sağlam qal” lozunqu ilə canlı yayımla solo konsert və ayrı konsert nömrələri ilə çıxışlar etdim.
 Bir sürpriz daha var. Bu dəfə Omandan çox uzaq bir ölkədə yaşayan musiqiçi ilə birlikdə konsert proqramı ərsəyə gətirdik. Yaxınlarda yayımlanacaq.
 Azərbaycanın görkəmli bəstəkarı Əşrəf Abbasovun 100 illik yubiley tədbirində online olaraq yer alaraq bir neçə əsərini ifa etdim və bu tədbirin keçirilməsi bəstəkarımızın ailəsini və yaxınlarını məmnun etdi.
 
-Gördüyünüz işlərdə azəbaycançılığı necə təbliğ edirsiniz?
-Hər kəsə məlumdur ki, hər bir milləti ən gözəçarpan sürətdə tanıdan sahələr ölkənin mədəniyyəti, idmanı və mətbəxidir. Mən mədəniyyət sahəsinə aid olduğum üçün qarşımda Azərbaycan musiqisini  dünyada tanıtmaq, sevdirmək və ən yüksək səviyyədə təbliğ etmək kimi öhdəlik var. Mən hər hansı tədbirdə, konfransda, konsertdə olarkən ilk düşündüyüm məsələ oradakı digər ölkə nümayəndələrinə Azərbaycanımı gözəl şəkildə tanıtmaqdır. Bu mənim azərbaycançılıq vəzifəmdir.

 

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Musiqi və incəsənət məktəblərinə şagird qəbulunda - Yenilik
09:31 26.04.2024
Azərbaycan nefti ucuzlaşdı
09:20 26.04.2024
Bakıda 29 dərəcə isti olacaq - Günün HAVA PROQNOZU
09:16 26.04.2024
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü
09:00 26.04.2024
"Sabah" Gənclər Liqasının qalibi oldu
06:18 26.04.2024
Cəlilabadda QƏZA - 20 baş qoyun tələf olub
05:17 26.04.2024
Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar AŞKARLANDI
04:05 26.04.2024
Zelenski: “NATO ölkələri Rusiyadan qorxurlar”
03:00 26.04.2024
Filippində festival zamanı 45 nəfər istidən huşunu itirib
02:00 26.04.2024
Yunanıstan Paris olimpiadasının obyektlərini qorumaq üçün Fransaya “Crotale” HHM sistemləri verə bilər
01:00 26.04.2024
Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib
00:05 26.04.2024
İsrail HHQ “Hizbullah”ın Livandakı hədəflərinə zərbələr endirib
23:45 25.04.2024
Si Cinpin hərbi həkimləri mümkün müharibəyə hazır olmağa çağırıb
23:23 25.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
23:00 25.04.2024
Stoltenberq NATO baş katibi postunu tərk edəndən sonra pilot ola bilər
22:40 25.04.2024
ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans keçirilir
22:22 25.04.2024
Britaniya İrana yeni sanksiyalar tətbiq edib
22:00 25.04.2024
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
21:55 25.04.2024
Avtoxuliqanlıq edən sürücü HƏBS OLUNUB
21:41 25.04.2024
Makron: “Bugünkü Avropa ölümcül vəziyyətdədir”
21:22 25.04.2024
Bu tarixdən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır
21:00 25.04.2024
Ağdam Cümə məscidində ilk Azan VERİLİB
20:50 25.04.2024
Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Hamısı