“Qəlbim Türkiyə, Pakistan, canım Azərbaycandır...” - VİDEO | Eurasia Diary - ednews.net

23 İyun, Çərşənbə


“Qəlbim Türkiyə, Pakistan, canım Azərbaycandır...” - VİDEO

Maraqlı A- A A+

Pakistanlı müğənni Əsəd Kureyşi Azərbaycan, Türkiyə və Pakistan dostluğuna həsr edilmiş mahnı bəstələyib. Eurasia Diary TRT-yə istinadən xəbər verir ki, mahnı “Qəlbim Türkiyə, Pakistandır, canım Azərbaycandır” adlanır. Müğənni mahnıya Lahor şəhərində klip də çəkdirib, klipdə Azərbaycan prezidenti İlham Əliyevin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan baş naziri İmran Xanın görüntülərindən istifadə edib.

Mahnı türkcə və urduca olmaqla iki dildə səsləndirilib. Və sürətlə populyarlaşıb.

Pakistan Türkiyə ilə yanaşı 44 günlük Qarabağ savaşında Azərbaycana böyük siyasi-mənəvi dəstək verib, üç ölkənin dostluğu və qardaşlığı zəfərlə bitən bu savaşla daha da möhkəmlənib. Təsadüfi deyil ki, Bakıda hələ də üzərində Türkiyə və Azərbaycan bayraqları ilə yanaşı Pakistan bayrağı da yapışdırılmış avtomobillərə tez-tez rast gəlinir.

Virtualaz.org

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...