“Nikol Paşinyanın bu məqaləsi 1998-ci ildə “Oraqir” qəzetində dərc olunub. Məzmunca anti-milli olan bu məqalənin köməyi ilə nəinki Nikol Paşinyanın milli-strateji məsələləri analiz etmək qabiliyyətləri haqqında fikir formalaşdırmaq, həmçinin başa düşmək olar ki, niyə o, alovlu türksevər, “sülhsevər”, birgə yaşayışı təbliğ edən və ermənilərin milli təhlükəsizliyi üçün təhdid olan çoxsaylı dairələri öz hakimiyyətinin sütununa çevirib”.
Eurasia Diary Ordu.az-a istinadən xəbər verir ki, bu barədə “Yerkir.am” nəşrində dərc olunan məqalədə qeyd olunub.
“Bu nəşrlər sübut edir ki, Paşinyanı Türkiyə və Azərbaycana qarşı, yumşaq desək, həmişə dost mövqeyi müşayiət edib. Paşinyan bütün şüurlu həyatında Türkiyə və Azərbaycanı quru yolu ilə bir-birinə bağlamaq üçün mübarizə aparıb”, - deyə müəllif bildirib.
Qeyd olunub ki, Nikol Paşinyan bu dəhşətli fikri Rusiyanın regiondan qovulması “vacib” halı ilə “əsaslandırıb”.
“Üstəlik, Paşinyan Cavaxetidən keçən Türkiyə-Azərbaycan tranzit layihələrinin təbliğində aktiv şəkildə iştirak edib”, - deyə müəllif yazıb.