Böyük Britaniya kraliçası Yelizavetanın gənc yaşlarında uzun, geniş bir libas geyindiyi və hicablı İran qadınlarınınkına bənzər baş geyimlərindən ibarət nadir görüntüsü sosial şəbəkələrdə heyranlıqla qarşılanıb.
EDNews.net bu barədə Moderator.az-a istinadla xəbər verir ki, istifadəçiləri bir sual maraqlandırıb: görəsən, gənc kraliça nədən hicab bağlayıb?
Məlum olub ki, inanılmaz kadrlar 1946-cı ildə Uelsdə valli dilinə həsr olunmuş mədəni tədbirdə çəkilib. Yelizavetanın baş geyimi həmin gündəki tədbiri kraliçaya ithaf edilən “Şeir və İncəsənət” cəmiyyətinin üzvü olan bacılar üçün ənənədir.
Britaniya kraliçasının bu günlərdə də tez -tez insanların qarşısına "rus nənəsi" kimi bağladığı yaylıq və ləçəklə çıxdığı qeyd olunur.