Türkiyənin Karabük vilayətinin Eflani rayonuna yağan şiddətli qar sonrası göllər buz bağlayıb.
Ednews xəbər verir ki, iqliminə görə ən soyuq bölgə hesab olunan Eflani rayonunda göllərin üzərindəki qarın qalınlığı 1 metrə çatıb. Havanın hərarətinin -14 dərəcəyədək düşməsi qarla yanaşı buz təbəqəsinin də yranmasına səbəb olub.
Ağ örpəyə bürünən göllər sakinlərin marağına səbəb olub. Belə ki, onlar mənzərəni seyr etmək üçün soyuğa məhəl qoymadan göllərin ətrafına yığışıblar.