“YouTube” mütəmadi olaraq rəsmi “Instagram” hesabından platformanın ən yaxşı və maraqlı kanallarını paylaşır.
Ednews xəbər verir ki, bu dəfə paylaşılan isə dünyaca məşhur Azərbaycan kanalıdır.
"Coutry Life Vlog" adlı kanal bütün dünyadan izlənilən məşhur və analitika platformaların nümunə olaraq göstərdiyi azərbaycanlı xanımın kanalıdır.
Qeyd edək ki, 3 milyondan çox abunəsi, milyonlarla baxışı olan kanalda kənd həyatı təsvir olunur, təbiət qoynunda milli və dünya mətbəxinin təamları hazırlanır.