Təxminən qırx il əvvəl yayımlanan və dünya ölkələri üzrə reytinqləri alt-üst edən “Gələcəyə Qayıdış” filminin mübahisəli ixtirası sayılan “DeLorean DMC-12” paslanmayan poladdan hazırlanan idman avtomobilinin yeni versiyası istehsal olunub.
Ednews xəbər verir ki, avtomobili istehsal edən DMC şirkəti bu il “DeLorean”ın elektrik avtomobil versiyasını istehsal edəcəyini elan edib.
Qeyd edək ki, “DeLorean Motor Company” brendi film üçün istifadəyə verilməzdən təxminən 10 il əvvəl ABŞ-ın Texas ştatında mexanik Stiven Vin tərəfindən ixtira edilib. Belə ki, mexanik ilk olaraq, avtomobilin həm ticarət markasını, həm də orijinal zavod hissələrinin ehtiyatını əldə edib.
2016-cı ildə isə Vin avtomobil istehsalının bütün müasir tələblərinə cavab verən məhdud sayda tarixi "DeLorean"ın yeni versiyasının istehsalına başlayacağını bəyan edib.
Tarixi avtobobilin yeni versiyası hazır olsa da şirkət bununla bağlı heç bir açıqlama vermədən "DeLorean"ın ilk tizerini yayımlayıb. Belə ki, şirkət tərəfindən avtomobilin ön hissəsinin yuxarıya açılan qağayı qanadlı qapıları və fənərləri arasında dekorativ V formalı elementi əks etdirən qısa video paylaşılıb.
“Original DeLorean”a görünüş verən dizayner Giorgetto Giugiaro tərəfindən qurulan “Italdesign” şirkəti də videonu öz Youtube kanalında paylaşaraq layihədə iştirakını təsdiqləyib.
Xatırladaq ki, avtomobilin dəqiq buraxılış tarixi, qiyməti, eləcə də hansı tirajla buraxılacağı hələ açıqlanmayıb.
Ülviyyə Fərhad