ABŞ-ın Konnektikut ştatında yerləşən Yale Universiteti tərəfindən aparılan tədqiqatlarda az yemək yeyən insanların digərləri ilə müqayisədə daha uzun yaşadıqları ortaya çıxıb.
Ednews xəbər verir ki, tədqiqatı aparan Prof. Vishwa Deep Dixit deyib ki, onlar kalorinin azalmasının insan ömrünə necə təsir etdiyini müəyyən ediblər.
Bildirilib ki, əldə edilmiş nəticələr çox yeməyi sevən insanlar tərəfindən xoş qarşılanmayıb.
Xatırladaq ki, alimlər 2 il müddətində şişman olmayan 200 insanla artıq çəkili olanların məlumatlarını müqayisə ediblər.
Aysel Bədəlova