Dilin insanları birləşdirən ünsiyyət vasitəsi olduğu hər kəsə məlumdur. Bundan əlavə digər canlı orqanizmlər də öz aralarında əlaqə yaradır.
Ednews xəbər verir ki, alimlərin araşdırmalarına əsasən canlı orqanizmlərdən sayılan göbələklər təhlükəli situasiyalarda bir-biri ilə “danışa” bilirlər.
Məşhur müəlliflərdən sayılan Levis Karroll 1865-ci ildə qələmə aldığı “Alisa möcüzələr ölkəsində” adlı kitabında “siqaret çəkən pişiklər” və “danışan göbələklər” kimi ağlasığmaz personajlar yaradıb.
Həmin dövrdə bu personajların heç biri elmdə kök salmasa da, yeni araşdırmalar göbələklərin həqiqətən bir-biri ilə əlaqə qurduğunu və 50 sözdən ibarət lüğətdən istifadə edərək öz aralarında danışdığını təsdiqləyib.
“Royal Society Open Science” jurnalında dərc edilən araşdırmaya əsasən, tədqiqatçılar bu orqanizmlərin təbiətin ən möhtəşəm “söhbət qutuları” olduğu qənaətinə gəliblər.
İngiltərə “Qərb Universiteti”nin hesablama laboratoriyasının professoru Endryu Adamatzki dörd müxtəlif göbələk növü üzərində tədqiqat apararaq bu haqda daha geniş məlumat verib.
Qeyd edək ki, göbələklər eyni miselyumdan (red.-insan bədənindəki neyronlara bənzər kök kimi saplar şəbəkəsi) böyüyürlər. Belə ki, bir göbələyin ötürdüyü elektrik impulsları həmin miselyum vasitəsilə eyni şəbəkədən yetişən digər göbələklərə keçir. Nəticədə, həmin orqanizmlər arasında kommunikasiya prossesi baş tutur.
Nəzrin Beydiyeva