Astronomiyanın ən son supergüclü kosmik tədqiqatçısı “James Webb” artıq kainatın yaradılışını öyrənmək üçün uzaq səyahətə başlayır”. Fransızlar tərəfindən fəzaya göndərilən bu əcaib zaman maşını artıq ən maraqlı hekayəsini yazmaqdadır.
Uçan teleskop aparatı öz orbitində yerləşdirilib və ilk kalibrləmə şəkillərini geri göndərəndən sonra maraqlı suallar meydana gəlib: bu aparat öz bacarıqlarının hüdudlarını aşaraq zamanın əvvəli və sonrası haqda bizə nəyi deyə biləcək?
Teleskopu zaman maşını kimi xarakterizə etmək onun qabiliyyətlərini həddindən artıq kiçiltmək olardı. Teleskop özü zamanla səyahət etmir, lakin onun gördüyü işlər bizə keçmişlə bağlı dərin ipucu verməkdədir.
Kainatın uzaq nöqtələrinə baxan teleskoplar bizim kosmik tariximizi birbaşa görə bilir.
“James Webb” əslində hər hansı bir yerə getməklə deyil, bizə kainatın ən erkən anlarını, hətta 13 milyard il əvvələ aid sirli dünyanın şəkillərini göndərməklə zamandan kənara belə çıxa biləcək. O, bunu qeyri-adi həssas sensorlar və 6,5 metrlik əsas güzgüdən ibarət texnologiya və bir də Eynşteynin nisbi nəzəriyyəsinin meydana gətirdiyi qeyri-adi taktika sayəsində edə bilir.