Epidemiyadan sonra, şirkətlərin səmərəliliyi artırmaq və xərcləri azaltmaq səyləri səbəbiylə texnologiya sektorunun rəhbərlik etdiyi ixtisarlar davam edir.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, yüksək inflyasiya fonunda artan faizlər şirkətlərin xərclərini artırsa da, qlobal iqtisadi qeyri-müəyyənliklərlə üzləşən şirkətlər xərclərini azaltmaq üçün addımlar atmağa davam edir.
Geosiyasi gərginlik, xüsusilə Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzzaya hücumları qlobal iqtisadi mənzərə ilə bağlı qeyri-müəyyənliyi artırır və şirkətlərin əməliyyat qərarlarını nəzərdən keçirməsinə səbəb olur.
Şirkətlərin iş yüklərini yüngülləşdirmək üçün süni intellektə və avtomatlaşdırmaya üz tutması işdən çıxarmaların davam etməsinə səbəb olsa da, bir çox sektordan, xüsusilə texnologiyadan olan şirkətlər, işçilərin sayını azaltmaq üçün qərarlarını açıqlayır.
Əksər texnologiya şirkətlərinin “məhsuldarlıq ili” olaraq təyin etdiyi və bir çox işçilərini ixtisar etdiyi 2023-cü ildən sonra bu il də ixtisarlar davam edir.
Xüsusilə ABŞ və Avropada işçilərinin sayını azaltmağa qərar verən şirkətlərə, o cümlədən dünya nəhəngləri də daxil olmaqla yeni şirkətlər əlavə olunur.
ABŞ-da elan edilmiş və ya təsdiqlənmiş ixtisarları izləyən “Challenger, Gray & Christmas” konsaltinq şirkətinin məlumatlarına görə, mart ayında ABŞ-da yerləşən işəgötürənlər tərəfindən işdən çıxarılmalar 2023-cü ilin yanvarından bəri ən yüksək səviyyəyə çatıb.
Mart ayında ölkədə işdən çıxarılanların sayı aylıq yüzdə 7 artımla 90 min 309-a çatıb.
Yanvar-mart dövründə ixtisarlar keçən ilin son rübünə görə yüzdə 120 artaraq 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz azalaraq 257 min 254-ə çatıb.
Xəyal Ramiz