Azərbaycanda və dünyada PENSİYA YAŞI Hansında daha çoxdur?

Maraqlı 22:21 06.05.2022
İnsanlar illər boyu əmək fəaliyyətində olduqları üçün qocalanda dövlət tərəfindən müəyyən məbləğdə aylıq imtiyazlar alırlar ki, buna da pensiya deyilir.

Hazırda müxtəlif ölkələrdə pensiya sistemləri müəyyən problemlərlə qarşı-qarşıyadır. Bunun əsas səbəbi Qərb dünyasına təsir edən demoqrafik proseslərdir. Belə ki, doğulanların sayı azalır, gözlənilən ömür uzanır, cəmiyyət isə qocalır. Nəticədə pensiya fondlarına pul köçürmələrdə azalma müşahidə edilir.

Belə vəziyyətdə çıxış yolu pensiya sistemində islahatların aparılmasıdır. Artıq bu prosesə bir çox ölkələrdə start verilib. İslahatlardan biri pensiya yaşının artırılmasıdır. Dünya ölkələrində yaşlı əhali belə islahatlarla razılaşmır. Çünki müəyyən olunan pensiya yaşına çata bilən əhalinin faizi günü-gündən azalır.

Elə son günlər Azərbaycanda da gündəmin əsas müzakirə mövzusuna çevrilən pensiya yaşı ilə bağlı məsələ Milli Məclisin ötən gün keçirilən iclasında aktuallığını qorudu. Parlamentarilər kişilərin 63, qadınların 60 yaşda pensiyaya çıxamasını məqbul hesab etdilər. Müzakirələrə qoşulan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov təkliflərin nəzərə alınacağını, pensiya ilə bağlı yeni konsepsiya hazırlandığını vurğulayıb.

Modern.az gündəmdə olan mövzu ilə bağlı dünya ölkələrində insanların pensiya yaşını araşdırıb.

Avropa ölkələrində bu yaş təqribən 65-dir.

Belə ki, Fransada kişilər və qadınların orta hesabla pensiya yaşı 62-dir. Bundan başqa insanlar 60 yaşında erkən pensiyaya çıxa bilərlər. Son illər Fransada pensiya yaşı mübahisəli mövzudur. Hökumət 64 yaşa qədər işləmək ideyasını irəli sürməyə çalışdıqda, bu, uzun etirazlara səbəb  olub.

Yunanıstanda da erkən pensiya qəbul edilir. Bu ölkədə orta hesabla kişilər 61,7 yaşında pensiyaya çıxır, qadınlar isə 60 yaşında işləməyi dayandırırlar.

Belçikada kişilər və qadınlar rəsmi olaraq 65 yaşında təqaüdə çıxırlar.

Polşada əks proses baş verir. Belə ki, ölkə pensiya yaşını kişilər üçün 67-dən 65-ə, qadınlar üçün isə 60-a endirib.

İspaniyada rəsmi pensiya yaşı 2027-ci ilə qədər tədricən 65-dən 67-yə qaldırılır, lakin orta hesabla ispanlar 61.7 (kişilər 62.1, qadınlar 61.3) ilə pensiyaya çıxırlar.

İtaliyada kişilər 63,3, qadınlar isə 61 yaşa qədər işləyir.

Hazırda alman kişilər 64, qadınlar 63,6 yaşda təqaüdə çıxırlar. Almaniyada rəsmi pensiya yaşı 65-dən çox deyil.

Danimarkalı kişilər və qadınlar üçün rəsmi pensiya yaşı 65-dir, lakin 2022-ci ilə qədər tədricən 67-yə, 2030-cu ilə qədər isə 68-ə yüksəldilməsi gözlənilir.

Hazırda Böyük Britaniyada pensiya yaşı 66-dır, lakin kişilər orta hesabla 64,7, qadınlar isə 63,6 yaşda təqaüdə çıxırlar. 2039-cu ilə qədər rəsmi pensiya yaşının 68-ə qaldırılmasının nəzərdə tutulmasına baxmayaraq, real pensiya yaşının daha 0,3% azaldığına dair artıq sübutlar var. 

Amerikalılarda pensiya ilə bağlı ümumi yaş həddi 62-dir. Sorğulara əsasən, bu yaşdan sonra insanlar səyahət etməyi planlaşdırırlar.

Avstriyada rəsmi pensiya yaşı qadınlar üçün 60, kişilər üçün 65-dir. 

 

 

Cənubi Afrika dövlət xidmətlərinin məlumatlarına görə, bu ölkə vətəndaşları orta hesabla 60 yaşında pensiyaya çıxırlar. 

Türkiyədə rəsmi pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 58-dir. Lakin insanların çoxu bu yaşdan sonra altı ildən çox işləyir, kişilər 66,3, qadınlar isə 64,9 yaşda pensiyaya çıxırlar.

Azərbaycana gəlincə, ölkəmizdə qadınlar 62,5 yaşına, kişilər isə 65 yaşına çatdıqda pensiya üçün müraciət edə bilərlər. 

"Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

Eyni zamanda, ölkə əhalisinin yalnız 7 faizini 65 yaşdan yuxarı insanlar təşkil edir.

Azərbaycanda orta ömür uzunluğu 71,4 ildir. Bu, gözlənilən ömür reytinqində ən aşağı göstəricilərdən biridir. Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun proqnozlarına görə, yaxın illərdə ölkədə pensiya yaşına çatmış vətəndaşların sayı xeyli artacaq. Bu fenomenin səbəbi əhalinin ömrünün artması olacaq.

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib.

Şimal qonşumuz Rusiyada kişilər üçün pensiya yaşı 65, qadınlar üçün 63 yaşdır.

Ermənistanda isə pensiyaçıların yaş həddi qadınlarda və kişilərdə 63-dür. Gürcüstanda pensiya müddəti qadınlar üçün 60, kişi üçün 65 yaşda başlayır.

Mərkəzi Asiya bölgəsində isə pensiya həddi belədir:

Qazaxıstan, Qırğızıstan, Tacikistan da qadınlar 58, kişilər 63 yaşda, Özbəkistanda qadınlar 55 yaş, kişilər 60 yaşda, Türkmənistanda qadınlar 57, kişilər isə 62 yaşda pensiyaya çıxırlar.

 

Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO

Xəbər xətti

Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
20:51 17.05.2024
Qaxda Gürcüstan vətəndaşının meyiti tapılıb
20:40 17.05.2024
Almaniya XİN Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edib
20:30 17.05.2024
Aleksey Overçuk: Rusiya Şimal-Cənub dəhlizinin yaradılmasında Azərbaycanla sıx əməkdaşlıq edir
20:20 17.05.2024
Azərbaycanda qanunlar o qədər təmiz işləyəcək ki... - Ekstrasenslə MÜSAHİBƏ
20:00 17.05.2024
Azərbaycan Prezidenti: 1993-cü ilə qədər bizdə 8 milyon insana bir milyon qaçqın və köçkün düşürdü
19:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:38 17.05.2024
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
19:30 17.05.2024
Qazaxıstandan Bakıya əsaslı təmirdən sonra manevr teplovozlarından biri çatdırılıb
19:19 17.05.2024
Rusiya Çindən asılı hala düşür? – Politoloq açıqlayır - ÖZƏL
19:00 17.05.2024
Ərdoğan TDT ölkələrinin ailə və sosial siyasətdən məsul şəxslərini qəbul edib
18:41 17.05.2024
“Tərtər işi”nə görə həbs edilən generalın cəzası AZALDILDI
18:20 17.05.2024
Ermənistan və Türkiyənin mədəniyyət nazirləri tarixi körpünün bərpasını müzakirə ediblər
18:11 17.05.2024
Azərbaycanlı skripkaçı İtaliyada qalib oldu
18:02 17.05.2024
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
17:44 17.05.2024
Hamısı