Fransanın Normandiya bölgəsindəki vəhşi təbiət mütəxəssisləri insanları ehtiyatlı olmağa çağırıb.
Ednews xəbər verir ki, ərazidə "sərxoş" halda gəzən marallar görənlərin marağına səbəb olub.
Fransada heyvanları xilas edən "30 Milyon Dost" fondu Normandiyadakı maralların ilin bu fəslində heyvanların mədələrində fermentləşən şəkərlə yüklənmiş yaz tumurcuqları həddən artıq artdığını və onları "sərxoş" etdiyini söyləyib.
Qrup vətəndaşlara qəribə davranan marallardan məsafə saxlamaları barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Rouen yanğınsöndürənləri may ayının 3-də sərxoş halda Sena çayına düşən bir maralı xilas edib.
Nəzrin Beydiyeva