Yuta ştatındakı "Capitol Reef" Milli Parkının rəsmiləri yüz milyonlarla il yaşı olan fosillərin (red.-heyvan qalıqları) oğurlanması barədə məlumat veriblər.
Ednews xəbər verir ki, Trassada Trias dövrünə aid oğurlananlar arasında sürünən heyvanlara məxsus izlərin fosilləri də daxil olmaqla əvəzolunmaz paleontoloji ehtiyatlar olub.
Həmçinin, sözügedən dövr 252 milyon il əvvəldən 201 milyon il əvvələ qədər davam edərək bəşər tarixindəki ən şiddətli yox olma hadisələrindən birini - "Böyük Ölümü" əhatə edib.
Qeyd edək ki, Milli Park oğruları tapanlara 1000 dollar mükafat verəcəyini də açıqlayıb.
Nəzrin Beydiyeva