Arıqlamaq çoxlarının əsas prioriteti olsa da, bəzi insanlar əksinə çəki artımına ehtiyac duyur. Belə hallarda isə görünüşündən çox sağlamlığını üstün tutmaq mütləqdir. Çünki bu zaman əli hər yerdən üzülən insanlar kimyəvi tərkibli qarışımlara, süni qidalara əl atırlar. Bu isə birbaşa onların sağlamlığına ziyan vurur.
Ednews məsələnin aktuallığını nəzərə alaraq sağlam şəkildə çəki almaq yollarını təqdim edir.
Fıstıq əzməsi və süd
Əvvəlcə banan, fıstıq əzməsi və balı qarışdıraraq blenderdən keçiririk. Daha sonra əldə etdiyimiz qarışıma 2 stəkan süd və iki xörək qaşığı keçibuynuzu doşabı əlavə edirik. Hazırladığınız içkini yeməkdən sonra müntəzəm olaraq istifadə etsəniz, fərqi gözünüzlə görə biləcəksiz.
Giləmeyvəli smuzi
Qarışımı hazırlayacağınız qaba pasterizə edilmiş yumurta ağı, təzə və ya dondurulmuş çiyələk, moruq, 1 kiçik avokado və 2 fincan portağal suyu əlavə edirik. Daha sonra əlavə etdiyimiz inqridientlər blender vasitəsilə qarışdırırıq.
Yaşıl smuzi
1 orta yetişmiş banan, 165 qram ananas və 30 qram ispanağı qaba əlavə edərək qarışdırırıq. Daha sonra qarışımın üzərinə tam yağlı qatıq əlavə edətək blenderdən keçiririk. Zövqə görə smuziyə sevdiyiniz dadda olan meyvə şirəsi də əlavə edə bilərsiz.
Qəhvəli qarışım
Əvvəlcə 2/3 fincan (160 mL) dəmlənmiş qəhvə, 6 ədəd buz kubu və orta boy dondurulmuş bananı bir qaba əlavə edib qarışdırırıq. Qarışdırdıqdan sonra 1 xörək qaşığı kakao tozu, 1 xörək qaşığı badam yağını qarışımın üzərində əlavə edirik. Daha sonra bütün ərzaqları blenderdən keçiririk. Qarışım hazır olduqdan sonra 1 xörək qaşığı çia toxumu da əlavə etsəz daha tez nəticə ala bilərsiz.
Kefir ilə çiyələkli, bananlı smuzi
150 qram təzə yaxud dondurulmuş çiyələyi smuzini hazırlayacağımız qaba əlavə edirik. Daha sonra üzərinə 1 banan, 1 stəkan kefir, 20 qram yulaf əlavə edib blenderdə qarışdırırıq. Alınan qarışıma zövqə görə buz parçaları da ata bilərsiz.
Nəzrin Beydiyeva