Fransanın təhlükəli məhsullara qarşı istehlakçıya məlumat verən qurumu Rappel Conso, Pro Plan markalı pişik qidalarında zəhərli kimyəvi maddələr aşkarladığını açıqlayıb.
Ednews bu barədə türk mediasına istinadən məlumat verir.
Sözügedən qidaların istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edən qurum qidalarla bağlı təfərrüatları da paylaşıb.
Rappel Conso-ya görə, bu qidalar dərhal atılmalı və heyvanlar tərəfindən istifadə edilməməlidir.
Evdə pişiyiniz varsa və bu yaxınlarda Pro Plan markalı yemək almısınızsa birbaşa təlaşa etməyə ehtiyac yoxdur. Çünki pişik sağlamlığı üçün təhlükəli olan kimyəvi maddələr brendin bütün məhsullarına aid deyil. O, qızılbalıqlı pişik yemində, pişik toyuqlu 1-12 aylıq pişik qidasında və 1-12 aylıq cücə Purina One Junior pişik qidasında aşkar edilmişdir. Əgər aldığınız məhsul bunlardan biri deyilsə, narahat olacaq bir şey yoxdur.
Aliyə İlyas