Səyahətə getməyi planlaşdıranlar üçün bəzi ipucları 21 qızıl qayda

Maraqlı 14:20 13.07.2016

Yay ayı istirahət ayıdır. Məzuniyyət götürüb səyahətə çıxmağı planlaşdırırsınızsa və hər şeyin qaydasında olmağını istəyirsinizsə oxumağa dəyər. Mütəxəssislərin verdiyi məsləhətləri ümumiləşdirərək səyahətə çıxmağı planlaşdıranlara təqdim edirik. Beləliklə, səyahətə çıxmadan öncə oxumalı olduğunuz bəzi ipucları:

Səyahətə çıxarkən ilk növbədə yanınıza az əşya alın. Çantanızda nə qədər vacib və lazımlı əşya az  olsa, bir o qədər yaxşıdır. Səyahətə gedərkən 5 cüt ayaqqabı, ütü, dəst-dəst paltarlara heç bir ehtiyac  yoxdur. Çantanız nə qədər az və yüngül olarsa, bir o qədər rahatlıq deməkdir. Çünki çox yüklə hava limanında gözləməli olduğunuz vaxtı da unutmayın. Bir çanta az vaxt itkisi deməkdir. Bundan əlav,  getdiyiniz ölkədən daha çox xatirə gətirməyiniz üçün az yüklə çıxmaq daha faydalıdır. Hava limanında olan qaydaları da unutmayın. Hər ölkənin özünə görə qaydaları var. Yük seçərkən mütləq məlumatlı olun.

Səyahət kitabçalarını  götürməkdənsə, sizə lazım olan yerlərin sürətini çıxardın və həmin yerlərə getdikcə kağızları atın.  Texnoloji yeniliklərdən də istifadə edə bilərsiniz. Səyahət kitabçalarının e-versiyasını da əvvəlcədən telefonunuza yükləyə bilərsiniz.

Uşaqlı ailələrin olduğu gözləmə sıralarına girməyin. Kostyum geyinən iş adamlarının sırasında durun. Çünki iş adamlarının yoxlamadan keçməsi uşaqlı ailələrə nisbətən daha sürətlidir. 

Getdiyiniz ölkənin dilində bir neçə kəlmə də olsa  söz öyrənin. Çünki, insanlar onların dilində danışmağa cəh edənlərlə daha xoş davranırlar. 

Əgər səyahətə turla getmək istəmirsinizsə, səyahətinizi özünüz planlaşdırın. Turizm şirkətlərini araşdırın. Ən sərfəli biletləri və səyahəti təklif edənlərlə danışın. Getdiyiniz yerdə rahat gəzmək üçün ən yaxşısı maşın kiraləyin.  Səyahət edəcəyiniz ölkə haqqında əvvəlcədən məlumatlı olun, mədəniyyətini, kulinariyasını araşdırın.

İstirhətdən daha çox həzz almaq üçün tək gəzməyə üstünlük verin. Belə olanda həm yeni insanlarla ünsiyyət qurmuş olursunuz, həm də sizin zəhlənizi tökən, ancaq öz istəyini  yerinə yetirməkdə israr edən yoldaşlardan uzaq durursunuz.

Kapişonlu geyimlərə üstünlük verin. Çünki papağınızı hər yerdə unuda bilərsiniz. Kapişonlu geyim səyahət zamanı daha çox işinizə yarayar. Həm də getdiyiniz yerdə lazımsız işıqlardan da gözünüzü qoruya bilərsiniz.

Təyyarədə vegeterian yeməklərinə üstünlük verin.   Özünüzü yüngül hiss etmək üçün tərəvəzli yeməklərə üstünlük verin. Həm də getdiyizi ölkənin təamlarından dadmaq üçün  mədənizdə yer də qalar.

Sükut sizin üçün qızıl dəyərindədirsə, mütləq səyahət çantanızda qulaqcıq olmalıdır.  Həm də getdiyiniz yerdə artıq səs-küydən canınız qurtarar.

Əgər səyahətiniz uzunmüddətlidirsə, mütləq yanınızda internetə bağlanan bir cihaz olmalıdır. Tabletlər işinizə daha çox yarayacaq. Çünki həm az yer tutur, həm də çox sadədir.  Bir çox yerlərdə WiFi-dan da yararlana bilərsiniz. On-line xəritələr, GPS üçün internet bağlantınızın olmağı çox vacibdir. 

Əgər uşaqlarla birlikdə səyahətə çıxmısınızsa onlar üçün yanınızda az yer tutan, amma əyləncəli vasitələr götürün. Bu bir tablet və ya daşınan DVD-player də ola bilər. Bununla həm uşaqların başını qatmış olarsınız, həm də uşaqlar yolun cansıxıcı olmağını hiss etməzlər və sizin üçün problem yaratmazlar.

Şal və ya enli şərf çantanızda mütləq olsun.

Üşüdüyünüzdə örtük, yağış yağanda kapişon, çimərlikdə dəsmal, yeri gələndə pərdə, belinizə taxdığınızda ətək kimi sizə çox faydalı olacaq.

Oturduğunuz yerdən durarkən mütləq ətrafınıza göz gəzdirin. Çünki pul qabı, sənədlər həmişə belə yerlərdə düşür.

Paltarları çantaya rulon şəklində bükərək yığın. Onda  həm az yer tutar, həm səliqəli qalar. Paltarı qatlayanda izini itirmək üçün ütüyə mütləq ehtiyac olur. Səyahətdə isə ütünü daşımaq artıq yük deməkdir.  

Qarşınızdakını başa salmaq üçün bədən dilindən istifadə edin. Bəzi adamlar qarşısındakı onu başa düşməyəndə qışqıra-qışqıra nəyisə izah etməyə çalışır. Bundansa bədən dilinizdən istifadə edərək başa salmaq daha səmərəlidir. Dünyanın hər yerində bədən dilini anlayırlar.

Pul qabı və bel çantası-ikisi bir yerdə olanlardan istifadə edin.

Oğruların, cibgirlərin çantalarınızı götürüb qaçmaması üçün bütün qabaqlayıcı tədbirləri alın. Pulunuz, sənədləriniz belinizə bağlı çantada olarsa, daha təhlükəsiz  gəzə bilərsiniz.

Getdiyiz hoteldə heç vaxt pul xırdalatmayın, ya da dəyişməyin. Bu sizə baha başa gələcək. Ondansa, pullarınızı valyuta dəyişmə məntəqələrində xırdalayın. Ən yaxşısı yanınızda kartın olmasıdır. Dünyanın hər yerində ATM-lər mövcüddur.  Həm də kartınız oğurlandıqda bankla telefon əlaqəsi saxlayaraq kartı dondurmaq mümkündür.

Yuxu rejiminizə nəzarət edin. Getdiyiniz ölkənin yuxu rejiminə adaptasiya olmağa çalışın.

Həşəratlardan qoruyan kremlər alın.

Getdiyiniz yerdə sizi həşəratların dişləməsindən qoruyan kremlərdən istifadə edin. Tropik ölkələrdə xüsusilə bunlara ehtiyac  var. Beləliklə, həm də təhlükəsuiz şəraitdə gəzmiş olarsınız.

Səyahətdə olarkən nə danışdığınıza fikir verin. Ətrafda sizin dili başa düşəcək insanlar ola bilər.

Optimist olun və gülümsəyin. Səyahət edərkən əlbətdə kiçik problemlər çox olacaq. Əhvalınızı heç vaxt pozmayın.

Hər şey zamanla həll ediləcək. Getdiyiniz yerdə fürsətlərdən maksimal yararlanın. Gəzin, kef edin, optimist olun. Axı siz dincəlməyə gəlmisiniz.

Vüsalə Əlövsətqızı

 

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Hamısı