Hindistanlı milyarder iş adamı Quatam Adani bu il sərvətini 60,9 milyard dollar artıraraq Bloomberg-in dünyanın ən varlı adamları siyahısında üçüncü yeri tutub.
Adani-nin bu yüksəlişi ilə ilk dəfə olaraq asiyalı bir iş adamı dünyanın ən varlıları siyahısında ilk üçlüyə daxil olub. Aqrobiznes,liman idarəçiliyi və kömür biznesi ilə məşğul olan Adani Hindistanın baş naziri Modinin tikinti strategiyasına uyğun olaraq yaşıl enerji, hava limanları, məlumat mərkəzləri və media kimi sahələrdə fəaliyyət sahələrini genişləndirir.
Hindistanda dissidentlər iddia edirlər ki, Adaninin sərvətini bu qədər sürətlə artırmasının səbəbi baş nazir Modi ilə əlaqəsidir. "Bloomberg"in məlumatlarına görə,16 Mart 2020-ci ildə 5,8 milyard dollar sərvətə sahib olan Adaninin aktivləri 2 fevral 2021-ci ildə 35,9 dollara, 7 fevral 2022-ci ildə isə 88,5 milyard dollara yüksəldi.
Sərvətinin böyük hissəsini,indi 137,4 milyard dollara sahib olan adaninin son iki ildə,koronovirus epidemiyasının başlamasından sonra sürətli yüksəlişi Hindistanın baş naziri Narendra Modi ilə yaxınlığına görə bəziləri tərəfindən şübhəli hesab olunur.
Günay Babayeva