1 kilo doğulan uşaq sağ qalıb.
Samsunda hamiləliyin 28-ci həftəsində min qram çəki ilə dünyaya gələn körpə reanimasiya şöbəsində 2 aylıq müalicədən sonra sağ qalıb.
Serhat və Selen Çətinin ilk körpəsi olan Çağan Samsun Liv Hospitalda vaxtından əvvəl doğulub. İlk doğulanda az qala barmaq boyda olan körpə reanimasiya müalicəsi nəticəsində sağlam şəkildə evə buraxılıb. 1 kilo doğulan Çağan körpə 2 aydan sonra 5 kilo yarıma çatıb.