Beynəlxalq uçuş həyata keçirən təyyarə mühərriklərdən birinin alışması səbəbindən uçuşdan 1 saat sonra hava limanına qayıdıb. Mühərrikə quş düşüb, bu da alovlanmaya səbəb olub.
Ednews bildirir ki, bu barədə "Daily Star" yazır.
Hadisə Londonun "Hitrou" hava limanında baş verib. Nyu-Yorka uçan "United Airlines" təyyarəsi uçuş zamanı quşun "hücumuna" məruz qalıb - toqquşma nəticəsində təyyarənin mühərriklərindən biri sıradan çıxıb və 30 min fut (təxminən doqquz kilometr) yüksəklikdə partlayıb. Hadisə pilotları təyyarəni döndərməyə və təcili eniş etməyə məcbur edib.
Hadisə şahidlərinin sözlərinə görə, gəmidə panika yaranıb. Buna baxmayaraq, bir mühərriki sıradan çıxan təyyarə "Hitrou"da təhlükəsiz eniş edə bilib. Hava limanında layner yanğınsöndürənlər tərəfindən söndürülüb. Sərnişinlər başqa reyslə yola düşüblər.