Kraliça Kleopatranın itirilmiş məqbərəsinə apara biləcək dərin yeraltı tunel aşkar ounub.
Ednews xəbər verir ki, bu barədə Misir Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. Məlumatda İsgəndəriyyənin qərbindəki Taposiris Magna forpostunda Kraliça Kleopatranın itirilmiş məqbərəsinə apara biləcək dərin yeraltı tunelin mövcudluğu barədə ehtimal olunduğu qeyd olunub.
Mühəndislik möcüzəsi olaraq xarakterizə edilən bu nəhəng tunel 1300 metrdən çox uzunluğa malikdir. Hazırda məqbərənin axtarışı üçün ərazidə geniş araşdırma işləri gedir.
Tapılan yeni tunelin altından tapılan məbəd Misirdə Yunan liderlərinin sitayiş etdiyi ilahə Osirisə həsr olunub. Məbəd eramızdan əvvəl 280-270-ci illər arasında tikilib.
Tuneli San Dominqo Universitetində çalışan Dominikan Misir Arxeoloji Missiyasının rəhbəri Dr.Ketlin Martinez araşdırıb.
Rəna Mürşüd