Böyük Britanoyanın Piterboro şəhərində yaşayan 61 yaşlı ev sahibi Karolin Devisi yanğından Retty adlı ev siçovulu xilas edib.
Ednews Milli.Az-a istinadən bildirir ki, bu barədə "The Sun" məlumat yayıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən Devis dərman qəbul edib və təsadüfən əlində yandırılmış siqaretlə yuxuya gedib. Ona caynaqları ilə yapışan Retti oyadıb. Yuxudan oyanan qadın xalatının yandığını görüb. O, yanğını söndürməyə və yayılmasının qarşısını ala bilib.
Sahibi əmindir ki, siçovul onu ölümdən xilas edib və siqareti başqa yerə aparıb, çünki qadın onu çarpayıdan 30 santimetr aralıda tapıb. O, Rettyni tapıb və il yarım əvvəl evə gətirib. "Onun gecə sağ qalacağını düşünmürdüm. Mən ancaq onu yedizdirdim və su verdim ki, rahat ölsün. Ancaq təəccübləndim ki, o, sağ qaldı. O, mənim haqqımı tam ödədi", - Devis deyib.