Keçən il Xiaomi Corp tərəfindən təsis edilən "Xiaomi Automobile" bu yaxınlarda qarşıdan gələn elektrik avtomobili üçün yeni patentə müraciəti edib.
Ednews xəbər verir ki, şirkət elektrik avtomobilində istifadə edəcəyi akkumulyatorlar üçün "Power Battery" adlı texnologiyanın əqli mülkiyyət hüququnu əldə edib.
Qeyd edək ki, məişət elektronikasının demək olar ki, hər sahəsində rolu olan şirkət uzun müddətdir ki, avtomobil sənayesinə girməyi planlaşdırırdı. Bu plan çərçivəsində ilk addım 2021-ci ildə Xiaomi Avtomobil bölməsinin yaradılması ilə atılıb.
Xatırladaq ki, Xiaominin CEO-su Lei Jun bir müddət əvvəl verdiyi açıqlamada hədəflərinin ildə 10 milyon elektrikli avtomobil satmaq olduğunu söyləyib.
Nəzrin Eldarqızı