Ən yaxşı rejissor nominasiyasında “Oskar” mükafatının qaliblərindən biri olan rejissor Sem Mendes hesab edir ki, “Roma”nın baş məşqçisi Joze Mourinyo Ceyms Bond filmlərinin birində cani rolu üçün mükəmməl seçim olardı.
Ednews-un məlumatına görə, rejissor bu barədə “The Guardian”a açıqlamasında bildirib.
“Ceyms Bond filmində əsas cani roluna kim uyğun gələ bilər? Joze Mourinyo. Bu rola daha uyğun birini tapa bilməzsən, elə deyilmi?”, - Mendes qeyd edib.
Qeyd edək ki, Mendes Ceyms Bond seriyasının iki hissəsini lentə alıb.