Sevdikləri insanı belə qısqanan ən qısqanc 4 bürc açıqlanıb. Xüsusən də ikitərəfli münasibətlərdə bəzi bürclər var ki, hətta sevdiklərini qısqanırlar.
Ednews astrologiyada qısqanclıqları ilə diqqət çəkən bürcləri təqdim edir.
ƏQRƏB
Əqrəb sevgi və ehtirasları zirvədə yaşayır. Qısqanclığın ən yüksək səviyyədə olduğu bürc Əqrəbdir. Heç bir problem olmasa belə, vaxtaşırı partnyorunun əşyalarına və telefonuna baxma vərdişi var. O, adətən hamıya şübhə ilə yanaşır.
Əqrəb bürcü insanları həmişə tərəfdaşlarını idarə etmək istəyirlər. Qarşı sədaqət testindən keçsə belə, eyni yoxlamaları müntəzəm olaraq həyata keçirir.
BUĞA
Buğa bürcləri adətən münasibətlərində çox sadiqdirlər. Qarşı tərəfdən də həmişə eyni sədaqəti gözləyirlər.
Tərk olunduqda sevginin acısını çox yaşayır və qısqanclığın dozası artır. O, mütəmadi olaraq keçmiş tərəfdaşının həyatını araşdırmağa çalışır. Köhnə sevgisi ilə getdiyi yerlərə tez-tez baş çəkir, bəlkə görüşərik.
Buğalar ayrılığı qəbul edə bilmədiklərinə görə dəli ola bilərlər. Onun davranışı bəzən narahat ola bilər. Ancaq ayrılığı qəbul edib, gələcəkdə yeni bir münasibətə başlasa belə, ürəyində köhnə sevgisinin yerində dayanmağı laqeyd qoymur.
XƏRÇƏNG
Xərçəng ailəsini, dostlarını və tanışlarını çox sevir. Münasibətlərinə ürəkdən bağlı olan Xərçənglər heç bir fədakarlıqdan qaçmırlar. Maddi və mənəvi ortağı üçün qurbanlar verir.
Əgər Xərçəng partnyorunun hərəkətlərində anormallıq və ya laqeydlik hiss edirsə və ya əks cinsdən birinə çox yaxın davranırsa, o zaman o, tamam başqa bir insana çevrilə bilər.
Paxıl, qısqanc Xərçənglər dəlil axtarmağa başlayırlar. Nəticədə o, qısqanclıq vəziyyətinə düşür.
ŞİR
Şir özünə həddən artıq əmindir və həyatında qısqanclığa çox yer vermir. Ancaq müəyyən vəziyyətlərə heç vaxt dözə bilmədiyi üçün qısqanc bir insana çevrilə bilər.
Şir, münasibətdə və ya evlilikdə sevgisini o qədər də boğmaz, gəzib əylənərkən ictimai həyatına da hörmət edir.
Əgər xəyanətə uğrasa , dırnaqlarını çıxara bilər. Qısqanc və təkəbbür qəzəbi ilə xəyanətin hesabını sərt şəkildə soruşar.
Ayan Rzayeva