Şübhəsiz ki, təbiətin bizə təklif etdiyi ən qiymətli qida maddələrindən biri olan meyvələr, bir çox vitamin, lif və mineral ilə sağlamlığımızda böyük rol oynayır. Xüsusilə qışda xəstələnmədən, sərt hava şəraitini dəf etməyə imkan verən meyvələr haqqında bilmədiyimiz bir çox maraqlı məlumatlar var.
1. Populyar inancın əksinə olaraq, pomidor tərəvəz deyil, meyvədir. Pomidor bütün dünyada ən çox istehlak edilən meyvələr sırasındadır.
2. Ən məşhur meyvələrdən biri olan banan antasid xüsusiyyətlərə malikdir. Bu səbəbdən mədə yanması və ya yanma hiss etdiyiniz zaman banan yeyərək mədənizi rahatlaşdıra bilərsiniz.
3. Bir vedrə suya alma atdığınız zaman dibinə batmaq əvəzinə səthdə qalır, bunun səbəbi almaların 25%-nin havadan ibarət olmasıdır.
4. Təkcə meyvələrdə deyil, tərəvəzlərdə də C vitamini var. Tünd yaşıl tərəvəzlər açıq yaşıl tərəvəzlərdən daha çox vitamin ehtiva edir.
5. Çox asan həzm olunduğu və qida maddələri ilə zəngin olduğu üçün banan körpələrə verilən ilk meyvədir.
6. Bir alma ağacı ildə orta hesabla 400 alma verir.
7. Qaragilənin tez-tez istifadəsi qaranlıq mühitdə gözün daha yaxşı görməsini təmin edir.
8. Qədim dövrlərdə kəşfiyyatçılar uzun səfərlərə çıxanda özləri ilə qarpız qabığı ilə su aparırdılar.
9. Manqo əksər ölkələrdə ən məşhur meyvələr arasında birinci yerdədir.
10. Kividə portağaldan iki dəfə çox C vitamini var.
11. Portağalın tərkibindəki antioksidantlar dərini zədələyən və qocaldan toksinlərə qarşı çox təsirlidir.
12. Araşdırmalara görə, hamiləlik dövründə meyvə-tərəvəzdən müntəzəm istifadə uşaq düşmə riskini azaldır.
13. Müntəzəm olaraq meyvə-tərəvəz istehlakının ürək xəstəlikləri, piylənmə və xərçəng riskini azaltdığı vurğulanır.
Aynurə İsmayılqızı