Hindistanda İŞİD haqqında film çəkilib.
Ednews Birləşmiş Ərəb Əmirliklərinin "24ae" xəbər saytına istinadən bildirir ki, “Kerala hekayəsi” adlı film İŞİD tərəfindən fəaliyyətə cəlb edilib terrorist düşərgələrinə göndərilən 3 gənc qadından bəhs edir. Filmdəki hadisələr Hindistanın cənubundakı Kerala əyalətində baş verir.
Filmin nümayişi ölkədə böyük marağa səbəb olub. Kinoteatrların kassalarında izdiham yaradan film nümayiş etdirildiyi gündən bəri 5 milyon dollardan çox gəlir gətirib ki, bu da hind kinosu tarixində nadir hadisədir.
Hindistanın Baş naziri Narendra Modi rejissor Sudipto Senin çəkdiyi filmi yüksək qiymətləndirərək onun terrorun nəticələrini işıqlandırdığını deyib. Bəzi ştatlar filmi dövlət vergilərindən azad edərək biletləri ucuzlaşdırıb.
Lakin tənqidçilər filmin ölkədəki müsəlman azlıq haqqında mənfi fikirlər doğuracağını bildirirlər. Qərbi Benqaliya ştatının hakimi filmi təhrif edilmiş hekayə adlandırıb və əyalətdə nümayiş etdirilməsini qadağan edib.
Kerala Ali Məhkəməsi isə filmin real hadisələrə əsaslandığını deyərək ştatda nümayişinə icazə verib.
Törə Zeynal