Tənha adada yaşamaq artıq filmlərdəki kimi sıxıcı olmayacaq.
Ednews Euronews-a istinadən xəbər verir ki, İrlandiya hökuməti ölkənin bəzi uzaq adalarına əhalinin köçünü təşviq etmək üçün xüsusi proqrama start verir.
İyulun 1-dən qüvvəyə minməsi gözlənilən layihə çərçivəsində adaya köçənlər mükafatlandırılacaq. Burada yaşamağa gələn insanlar evlə təmin ediləcək və onlara təxminən 90 min dollar ödəniləcək.
İndiyədək plana 23 ada daxil edilib, lakin onların quru ilə əlaqəsi yoxdur. Tənha adalarda əhalinin sayını artırmaq məqsədi daşıyan təşəbbüs " Yaşayan Adalar" siyasəti adlanır.
Törə Zeynal