Nar hər birimizin çox sevdiyi giləmeyvələrdən biridir. Mövsümündə nə qədər çox yesək bir o qədər xeyirlidir.
Tövratda və Quranda adı çəkilən nar insan üçün ən xeyirli bitkilərdən biridir. Nar vitamin (A, C, B, P,E) və mikroelementlərlə (kali, kalsium, yod, mis, dəmir və s.) olduqca zəngindir.
Narda olan antioksidantlar orqanizmdə yaranan müxtəlif zərərli maddələrlə (şlaklar, toksinlər) mübarizə aparmağa kömək edir, orqanizmi cavanlaşdırır. Tədqiqatçılar narın xərçəngin profilaktikasında böyük rolu olduğunu sübut edirlər.
Bəs narın necə asan və effektli təmizləməyi hər birimiz bilirikmi?