Azərbaycanda ilk dəfə çörək festivalı keçiriləcək.
"Eurasia Diary" xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Assosasiyasının təşkilatçılığı ilə baş tutacaq. Oktyabrın 20-da keçiriləcək tədbirdə Azərbaycanın 24 şəhər və rayonu təmsil olunacaq. Festivalda həmçinin, Qırğızıstan, Türkiyə, Ukrayna kulinarlarının iştirakı da gözlənilir.