"Könlü balıq istəyənin quyruğu suda gərək" el məsəli bu zamanlarda yerinə düşüb. Balıq tutmaq çox da asan məsələ deyil.
Çinin Guangxi əyalətində yerləşən Litium çayında faəliyyət göstərən balıqçıların qeyri-adi bacarığı görənləri heyrətləndirib. Belə ki, balıqçılar digərlərindən fərqli olaraq balıq tutmaq üçün nə tordan, nə də ki, tilovdan istifadə edirlər. Onlar bu iş üçün qarabatdaq adlı quşları əhilləşdiriblər ki, həmin quşlar vasitəsilə gün ərzində çoxlu sayda balıq tuta bilərlər.