Amerikaya sillə vuran Fidel Kastro kim idi? Tarixi arayış

Maraqlı 11:22 27.11.2016

Kubanın sabiq lideri Fidel Kastro 90 yaşında vəfat edib. O, müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olub.

Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsa da, Fidel Kastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib.

Tərəfdarlarının "Komandante" kimi müraciət etdikləri Fidel öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır.

Fidel 1926-cı ildə varlı mülkədar ailəsində anadan olmuşdur, lakin o, öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib və adı korrupsiya və bərabərsizliyin simvoluna dönmüş Batistanın rejiminə qarşı mübarizə aparıb.

Fulgencio Batista

Fulgencio Batista (solda) ABŞ hökuməti tərəfindən dəstəklənirdi

Varlı pleyboylar üçün sığınacaq rolunu oynayan Kuba mütəşəkkil cinayətkar sindikatlar tərəfindən idarə olunur, adada fahişəlik, qumar biznesi və narkotik maddə ticarəti çiçəklənirdi.

Fidel Kastro bir qrup inqilabçı ilə birlikdə Sierra-Maestra dağlarında yerləşən bazadan klassik partizan kampaniyası aparıb. 1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib. Batista qaçıb.

Kubada argentinalı Ernesto Che Guevaranın da daxil olduğu yeni hökumət təşkil edilib. Hakimiyyət torpağı xalqa qaytarmağı və yoxsulların hüquqlarını qorumağı vəd edib.

Şərqə təkan

Fidel israr edirdi ki, onun ideologiyası ilk növbədə Kuba ideologiyasıdır. "Bu nə kommunizm, nə də marksizmdir.

Castro

Fidel Katsro 1953-cü ildə həbs olunmuşdu.

 Həmin günlərdə "Bu, planlı iqtisadiyyat şəraitində təmsilçi demokratiya və sosial ədalətdir" -deyirdi Kastro.

Tezliklə Fideli ABŞ prezidenti Dwight Eisenhower sıxışdırmağa başladı və Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.

Kuba Soyuq müharibənin meydanına çevrilmişdi.

1961-ci ilin aprelində ABŞ Kastro rejimini "Azadlıq adası"nı daha əvvəllər tərk etmiş Kuba qaçqınları ordusunun əli ilə devirməyə çalışdı.

Lakin Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı. Bir çox insanlar həlak oldu, minədək kubalı əsir düşdü.

Beləliklə, Fidel superdövlətin qulağının dibinə bir sillə vurmuş oldu. Superdövlət bu silləni heç vaxt bağışlamadı.

Bir il sonra Amerika kəşfiyyatı Kubada sovet raketlərinin yerləşdirilməsinə dair gizli planların üstünü açdı. Dünya nüvə müharibəsinin kandarında idi. Bu hadisə tarixə "Karib böhranı" adı ilə daxil olub.

Fidel Castro (solda) və Ernesto Che Guevara

Fidel Kastro və Ernesto Che Guevara Meksikada tanış oldular.

"Həbsxanaya çevrilmiş bu adada hücum raketlərinin yerləşdirilməsi üçün meydançalar hazırlanıb, - deyirdi o vaxt ABŞ prezidenti John Kennedy, - bu bazaların yeganə məqsədi Qərb yarımkürəsinə nüvə zərbəsi endirmək ola bilər".

ABŞ və SSRİ sərt qarşıdurma vəziyyətində idilər və böhran onunla başa çatdı ki, Xruşşov raketləri Kubadan çıxartdı. Lakin bunun müqabilində, məxfi şəkildə amerikalılar da bəzi silahları Türkiyədən çıxarmalı oldular.

Afrika və yenidənqurma

Buna baxmayaraq, Fidel Kastro Amerikanın bir nömrəli düşməninə çevrilmişdi.

Mərkəzi Kəşfiyyat İdarəsi ona qarşı müxtəlif sui-qəsd planları hazırlamışdı. Bunların arasında xüsusi siqar da vardı.

Bu siqar komandante onu alışdıran kimi partlamalı idi. Başqa planlar da müzakirə edilirdi. Bunlardan birinə görə Fidelin saqqalı qopub düşməli, onu gülüş obyektinə çevirməli idi.

Üsyançılar

1959-cu il yanvarın 2-də üsyançıların ordusu Havananı zəbt edib.

Öz növbəsində Sovet İttifaqı Kubanı pula tutmuşdu. SSRİ adada yetişdirilən şəkər qamışının böyük hissəsini alırdı.

Əvəzində Havana limanına gələn sovet gəmiləri amerikalıların sərt embarqosu altında yaşayan kubalılar üçün müxtəlif mallar gətirirdilər.

Moskvadan asılı olmasına baxmayaraq, Fidel o vaxtlar yaranmağa başlamış "bloklara qoşulmayan ölkələr hərəkatı"na liderlik edirdi.

Afrikada gedən çoxsaylı münaqişələrdə isə Kuba bir qayda olaraq tərəflərdən birini dəstəkləyirdi. Məsələn o, öz əsgərlərini Anqola və Mozambikin marksist rejimlərini qorumaq üçün göndərirdi.

Daha sonra isə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma zəmanəsi başlandı.

Komandante və onun inqilabı üçün bunlar fəlakətin carçıları idi. Moskva Kubadan şəkər qamışı almağı və əslində faktiki olaraq onun iqtisadiyyatına dəstəyi dayandırmışdı.

Castro və Xruşşov

Kuba lideri sonralar bildirirdi ki, o, Sovet İttifaqının və onun rəhbəri Nikita Xruşşovun himayəsinə sığınmağa məcbur olub.

Amerika embarqosu hələ də qüvvədə idi və Sovet İttifaqından gələn köməyin kəsilməsi nəticəsində adada hətta ən adi malların qıtlığı başlanmışdı. Kuba mağazalarının piştaxtaları boş idi.

Növbələr uzanır, səbir kasası daşırdı.

Didərginlik

Beləliklə, Fidel Kastronun dünyanın ən inkişaf etmiş ölkəsi adlandırdığı Kuba əslində qatır arabalarının zəmanəsinə qayıtmışdı.

1990-cı illərin ortalarına yaxın belə vəziyyət kubalıların əksəriyyətini boğaza yığmışdı. Minlərlə kubalı Florida sahillərinə çatmaq üçün sınıq-salxaq qayıqlarda dənizə çıxırdılar.

Onların çoxları okeanda boğulurdu və bu özlüyündə komandantenin hakimiyyətinə etimadsızlığın göstəricisi idi.

Fidel Castro

Kuba ordusu Donuzlar körfəzindən edilən müdaxilənin qarşısını aldı.

Lakin hətta belə vaxtlarda da kommunist rejimi qələbələr çalırdı. Anası Florida sahillərində batmış gəmidə həlak olan Elian Gonsales uzun sürən çəkişmələrdən sonra Havanaya qayıtmışdı.

Bu prosesdə onun həm Kuba, həm də ABŞ-ın Mayami ştatındakı qohumları iştirak edirdilər.

Fidel daxili cəbhədə də az uğurlar qazanmırdı. Gözəl Kuba səhiyyəsi yenə də havayı xidmət göstərirdi.

Uşaq ölümlərinin səviyyəsinə görə Kubanın göstəriciləri bir çox inkişaf etmiş ölkələri geridə qoyurdu.

20 və 21-ci əsrin hüdudlarında komandante mövqeyini bir qədər yumşaltmışdı. 1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi. Həmin hadisədən beşcə il əvvəl belə bir şey heç ağla da gəlməzdi.

Catsro

Fidel Kastro az qala 50 il ərzində ölkəni idarə edib.

Müqəddəs ata səfər zamanı Kuba hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid etmiş, Fideli dünya mətbuatı qarşısında qibtəolunmaz vəziyyətə salmışdı.

Biz "Fidel" deyəndə...

Lakin özünün bütün aşkar uğursuzluqlarına baxmayaraq, Fidel Kastro Karib kommunizminin təkrarsız brendini yarada bilmişdi.

İnqilabın ölməsinə imkan verməmək üçün adada yavaş-yavaş da olsa, bazar iqtisadiyyatı islahatlarına başlanmışdı.

Və o, ömrünün sonunadək Vaşinqton üçün göz dağı olaraq qala bildi. Məsələn, Fidel neftlə zəngin Venesuela ilə saziş bağlamışdı. Bu ölkənin prezidenti Hugo Chavez Kuba liderinin yaxın dostu idi və Amerikanı ən böyük günahlarda ittiham edir, ən görkəmli antikastro dissidentlərindən birinin Kubaya ekstradisiya edilməsinə çağırırdı.

II John Paul və Fidel Castro

1998-ci ildə Roma papası II John Paul Kubaya tarixi səfər etmişdi.

Fidelin səhhəti və bununla əlaqədar onun varisi ilə bağlı şaiyələr 2004-cü ildən başlanmışdı.

Həmin vaxt komandante yıxılmış, diz qapağını və əlini sındırmışdı. Adı çəkilən varislərin arasında Fidelin qardaşı Raul da vardı.

2006-cı il, iyulun 31-də təcili cərrahiyyə əməliyyatından əvvəl Fidel Kastro hakimiyyəti qardaşına təhvil verdi.

Bütün bu hadisələr zamanı Kuba hakimiyyət orqanları Fidelin ağır xərçəng xəstəliyinə tutulduğu barədə iddiaları qızğın şəkildə rədd edirdi.

Castro

2007-ci ilin fevralında Raul elan etdi ki, prezidentin durumu yaxşılaşır. Buna baxmayaraq, bir il sonra Milli Assambleyanın iclasında Fidel elan etdi ki, ölkənin və silahlı qüvvələrin başçısı postunda qalmaq istəmir.

"Mən hərəkilik və tam qüvvə tələb edən səlahiyyətləri öz üzərimə götürsəydim, vicdanımın xilafına getmiş olardım" - yazırdı komandante rəsmi Kuba qəzetində dərc edilmiş naməsində.

Fidel Kastro sonuncu dəfə ictimaiyyət qarşısına avqust ayında 90 illik yubileyi münasibətilə təşkil olunmuş tədbirdə çıxıb.

Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.

Ona pərəstiş edənlər "yankilərin təcavüzünə" sinə gərən Kastronu Amerika Qoliafına qarşı döyüşən Davidə bənzədirdilər. Belələri üçün Fidel və Kuba ayrılmaz anlayışlar idi.

Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Bu ərazilərə qar yağıb – FAKTİKİ HAVA
09:39 17.05.2024
Azərbaycanda ata övladını məktəbə belində aparır - VİDEO
09:30 17.05.2024
Bu gün Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdür
09:30 17.05.2024
Hikmət Hacıyev ABŞ-da Blinkenin müavini ilə görüşdü
09:13 17.05.2024
Azərbaycanda televiziya rejissoru vəfat etdi
09:05 17.05.2024
Direktor müavini öldürdüyü şəxsi bu ərazidə basdırıbmış - Qətlin detalları
06:16 17.05.2024
Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
Hamısı