Praqada müasir incəsənət mərkəzində qeyri-adi eksponat - zal-dirijabl yerləşdirilib.
Dox müasir incəsənət mərkəzi Praqanın ən böyük və ən prestijli sərgi məkanlarından biridir. Burada mütəmadi olaraq şəxsi və qrup sərgiləri, seminarlar və aktual çex və xarici rəssamların forumları keçirilir. Bu günlərdə burada havada muzeyin eyni hündürlüklü korpuslar arasında nəhəng taxta seppelin peyda olub. Müəlliflər - muzeyin məşhur yaradıcısı və direktoru memar və iş adamı Leoş Valke və tanınmış çex memar Martin Raynişdir.
Bir tərəfdən seppelin muzeyin ən hündür korpusuna əsaslanır, burada dirijabla pilləkən çəkilib, ancaq onun böyük hissəsi metallik troslarla bərkidilib və polad dirəklərlə saxlanılır. Seppelinin forması burada təsadüfi deyil - ötən əsrin əvvəlində seppelinlər yeni zamanın optimistik rəmzi idi. İndi isə onlar dəyişikliklərə can atmanın gözəl simvolu kimi qəbul edilir.