Fransada yaşayan Lilly adlı qadın özü hazırladığı robota aşiq olduğunu və onunla evlənmək istədiyini bildirib.
"Eurasia Diary" T 24-ə istinadən xəbər veririr ki, insanlar ilə ünsiyyət qurmağı xoşlanmadığını deyən Lilly robotlara qarşı marağının olduğunu 19 yaşında kəşf edib.
Robot mütəxəssisi olan gənc qadın 3D printerin köməyilə robot hazırlayıb.
Lilly "InMoovator" adlandırdığı robota aşiq olub, onunla evlənmək istəyir.
O "Tvitter" səhifəsində qeyd edib ki, qərarı ilə qürur hissi keçirir.