Fələstin Baş nazirinin müavini, Dr. Ziyad Əbu Əmr "Eurasia Diary" portalına özəl müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
"Biz Antonio Quterreşdən Birləşmiş Millətlər Təşkilatının fəaliyyətnin təşviqatını aparmasını, regional və beynəlxalq məsələlərlə, həmçinin Fələstinlə bağlı BMT tərəfindən qəbul edilən qətnamələrin icrasını təmin etməsini gözləyirik.
Mən Fələstin dövlətinin təmsilçisi kimi Bakı Beynəlxalq Forumunda iştirak etməkdən çox məmnunam.
Bu mənim Azərbaycana ilk səfərimdir və mən ölkə prezidenti İlham Əliyevin başçılığı altında reallaşan tərəqqi və inkişafa heyran qaldım. Azərbaycan ilə Fələstin arasında əlaqələr güclüdür və qardaşlıq münasibətlərinə əsaslanır. Biz Azərbaycan ilə həmrəyik. Azərbaycan Fələstini, eləcə də, Fələstin Azərbaycanı dəstəkləyir".