"Mahirin ən böyük fanatı anasıdır" Mədətovla MÜSAHİBƏ

Müsahibələr 16:51 16.08.2017

Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" klubu ötən gün doğma meydanda Danimakanın “Kopenhagen” komandasını məğlub edib. Oyunun 25-ci dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandıran Mahir Mədətov günün qəhrəmanına çevrilib.

Mahir Mədətovun atası, tanınmış prodüsser Anar Mədətov dünənki oyunla bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.

-Anar bəy, Mahir dünən Azərbaycan xalqına böyük sevinc yaşatdı. Bu gün hamı Mahirdən danışır, onunla bağlı statuslar yazılır. Bununla bağlı fikirlərinizi bilmək istərdik. 

-Bəli, Mahir bizi də çox sevindirdi. Dünənki oyuna görə “Qarabağ” komandasına təşəkkürümü bildirirəm. Mahirin üzərində Qurban Qurbanovun, bundan əvvəl əməkdaşlıq etdiyi “Bakı” klubununun böyük zəhməti var. İnanıram ki, “Qarabağ” Kopenhagendə də layiqli oyun nümayiş etdirəcək. 

-Oyun zamanı hansı hisləri keçirdiniz? Mahirin qol vuracağını gözləyirdinizmi?

- Fəxr edirəm ki, mənim Mahir kimi oğlum var. O, qol vuranda stadionda idim, gözlərim yaşardı. Bir daha fəxr etdim ki, bunu Mahir edə bildi. Oyun qurtarana qədər iki qutu siqaret çəkdim. Çox həyacanlı idim.

Oyun başlayanda bütün qohumlarım, dostlarım "Anar, çox siqaret çəkmə, hər şey yaxşı olacaq" deyirdilər. Mahir meydanda olanda dəhşətli dərəcədə gərgin, həyacan içində oluram. İslam Oyunlarında iki qol vuranadək mən siqaret qutusunun yarısını çəkib qurtarmışdım. Oyundan əvvəl ona bir söz dedim - “Uğurlar! Bu “Qarabağ” üçün bir şansdır, Azərbaycan xalqını sevindirməkdir”. Dedi, “Ata, hər şey yaxşı olacaq”. 



- “Qarabağ”ın qələbə qazanacağına inanırdınız?

-Əlbəttə, ümidimiz vardı. Futboldan başı çıxan dostlarımız var. Onlar oyunu əvvəlcədən müsbət qiymətləndirmişdilər. Müğənni Ədalət Şükürov müsahibə vermişdi ki, “Qarabağ” qalib gələcək, qolu da Mahir Mədətov vuracaq. Görünür, Allah yaxşılıqlarımızın nəsibin verir. 

-Oyundan öncə Mahir də sizin kimi həyacanlı idi?

-Təbii, hər kəsin həyacanı var idi. 

-Qələbəni necə qeyd etdiniz?

-Mahir dünən axşam evə gəldi. Onunla fəxr etdiyimi dedim. Gecə ailəmiz çay süfrəsinə yığışdı, Mahirin anası, nənələri onu təbrik etdilər. Uşaqlığını, məhəllədə necə futbol oynadığını xatırladıq. Bu gün isə saat 11-də Qurban Qurbanov onu yenidən məşqə çağırdı.

-Adətən məşhur futbolçuların xanım fanatları çox olur. Bəs Mahirin necə? 

-Onun ən böyük xanım fanatı anasıdır. Xəstələnməsinə baxmayaraq, oyunu mütləq izləyəcəyini dedi. Mahirin fanatları bir də nənələridir. Onun futbolçu olmasında nənələrinin çox böyük zəhməti var. Zaqatalaya gedəndə ana nənəsi, Bakıya gələndə isə mənim anam Mahiri futbola aparırdı. Nənələr bizdən xəbərsiz Mahiri futbola yazdırmışdı. 



-Dəfələrlə müşahidə etmişik ki, futbolçular populyar olandan sonra qanunlara tabe olmağa meyilli olmurlar. Kobud desək, bəzən özlərinə güvənib, hədlərini aşırlar. 

- Mahir Azərbaycan Respublikasının vətəndaşıdır. Qanunlara riayət edən ailənin övladıdır. Biz hər zaman Mahirə nəzarət edirik və dua edirik ki, Allah bizə belə oğul nəsib edib. Mən öz balalarımla fəxr edirəm.
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO

Xəbər xətti

Cənubi Qafqazda nə baş verir? – Türkiyəli politoloqun RƏYİNDƏ
16:00 17.05.2024
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
15:50 17.05.2024
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
Şuşaya gedən tunel yolundan ilk görüntülər - VİDEO
15:46 17.05.2024
Azərbaycanda fəaliyyət göstərən xanım hakimlərin sayı AÇIQLANDI
15:40 17.05.2024
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
Azərbaycan Yaşıl Enerji körpüsünə çevriləcək - The Guardian
15:36 17.05.2024
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
Belarus nazir: "Qarabağda 420 ailə üçün kiçik qəsəbə yaradacağıq" - VİDEO
15:34 17.05.2024
HEYDƏR ƏLİYEVİN QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ SİYASƏTİ: MÖVCUD REALLIQLAR
15:33 17.05.2024
Aİ-nin Ermənistandakı müşahidə missiyasının ƏSAS MƏQSƏDİ - VİDEO
15:10 17.05.2024
Baş Qərargah rəisi təlimləri izlədi - FOTOLAR
15:00 17.05.2024
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu
14:33 17.05.2024
Azərbaycan iqtisadiyyatı üçün ŞAD XƏBƏR – Ekspert ŞƏRH ETDİ
14:30 17.05.2024
Bu məcburi köçkünlərə “çörək pulu”nun verilməsi DAYANDIRILDI
14:26 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
14:22 17.05.2024
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenko Cıdır düzündə olublar
14:20 17.05.2024
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
İspaniya və İngiltərə hələ də Cəbəllütariq məsələsində razılığa gələ bilmir
14:10 17.05.2024
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ
14:07 17.05.2024
DYP bu avtomobillərlə bağlı tədbirlər görür – VİDEO
14:05 17.05.2024
"Onlar sülh məsələsinin həll olunmamasına çalışır" - Politoloqdan ŞƏRH
14:00 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko “Heydər Əliyev və Qarabağ” sərgisində
13:58 17.05.2024
Prezidentlərə Şuşanın Baş planı barədə məlumat VERİLDİ
13:55 17.05.2024
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
13:55 17.05.2024
Prezidentlər Şuşada erməni vandalizminə məruz qalan heykəllərə baxdılar
13:49 17.05.2024
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
HƏMAS-ı dəstəkləyən əcnəbi tələbənin vizası ləğv edilib
13:45 17.05.2024
Lukaşenko Şuşaya traktor texnikası hədiyyə etdi
13:39 17.05.2024
Cənubi Qafqaz üçün iki mühüm məqam - Rusiyalı politoloq AÇIQLAYIR - ÖZƏL
13:30 17.05.2024
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə GETDİLƏR
13:25 17.05.2024
Şənbə günü də yağış yağacaq
13:20 17.05.2024
Universitetlərin Bakıdan köçürülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - "Mərhələli şəkildə..."
13:10 17.05.2024
İki ali məktəbin bazasında tədqiqat universiteti YARADILACAQ – RƏSMİ
12:55 17.05.2024
Rəsmi Bakıdan XƏBƏRDARLIQ: “Fransa üzr istəməlidir”
12:45 17.05.2024
Azərbaycanda bu barədə attımlar atılmasa böhran gözlənilir... – Nidal Salimdən ÖZƏL AÇIQLAMA
12:30 17.05.2024
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
ABŞ və Britaniya səfirliklərində LGBT bayrağı qaldırıldı - FOTO
12:20 17.05.2024
Sabah IV sinif şagirdləri üçün monitorinq KEÇİRİLƏCƏK
12:09 17.05.2024
İqor Korotçenko: "Fransa Ermənistanı bu strateji məqsədlə silahlandırır" - VİDEO
12:03 17.05.2024
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə razılığa gəldilər
11:50 17.05.2024
Azərbaycan və Belarus prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - FOTOLAR
11:46 17.05.2024
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
Fransada sinaqoqu yandırmaq istəyən şəxs öldürülüb
11:45 17.05.2024
Qarabağ Universitetinə əcnəbi tələbə qəbul ediləcək? – RƏSMİ AÇIQLAMA
11:40 17.05.2024
SON DƏQİQƏ! Bu ölkədə atışma
SON DƏQİQƏ! Bu ölkədə atışma
11:37 17.05.2024
İlham Əliyev Aleksandr Lukaşenkonu Füzulidə qarşıladı -FOTOLAR
11:33 17.05.2024
Hamısı