Türk ekspert: "Türkiyə və İran əvvəldən ittifaq qursaydı, ABŞ və Rusiya regiona bu qədər müdaxilə edə bilməzdi Kürd referendumu - ÖZƏL

Müsahibələr 11:17 18.09.2017

İraq Kürdüstan Regional Hökuməti İraqdan tamamilə ayrılmaq üçün 25 sentyabrda referendum keçirəcək. Referendumun reallaşmasının açıqlanması müxtəlif müzakirələrə səbəb olub. Bu barədə Türkiyənin Yalova Universitetinin Rektor Müavini, Yaxın Şərq ölkələri üzrə ekspert Professor Cengiz Tomar Eurasia Diary-ə müsahibə verib.

-  Cengiz bəy, Kürd referendumu bir neçə aydır ki, gündəmin əsas mövzularından biridir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi "Müstəmləkə Xalqların Müstəqillik Bəyannaməsi" adlı 1514-cü maddəsi var. Digər tərəfdən, İraq Kürdüstan Regional Hökuməti (İKRH) müstəqillik istəyir. Sizcə kürd regionu və orada yaşayan xalqlar müstəmləkəçilikdə yaşayırlar?

-  Təbii ki, yox. Müstəmləkəçiliyə, Afrikada 16-17-ci əsrdən bəri baş verən prosesləri nümunə göstərmək olar. Yaxın Şərqdə 19-cu əsrin sonlarından etibarən Osmanlı dövlətinin süqutu və Osmanlıya tabe olan ərəb ölkələrinin İngiltərə və Fransanın mandatına keçdiyini bilirik. Bu quruluşlar da 1950-ci ilə qədər davam edir. Lakin mandat sistemini klassik idarəetmə kimi qəbul etmək mümkün deyil. XVI və XVII əsrlərdən etibarən İspaniyanın Cənubi Amerikada, İngiltərənin Şimali Amerikada, eynilə Hollandiya, Almaniya, Fransa, İtaliya, İngiltərənin Afrika və Hindistanda etdikləri klassik müstəmləkəciliyə nümunə ola bilər.

Mandat sisteminin tətbiq olunduğu dövrdə kürd millətçiliyi tam formalaşmadığı üçün hər hansı bir kürd müstəqillik hərəkatı görülmədi. Lakin, əsasən, 1950-ci illərdən sonra kürd millətçiliyi formalaşıb müstəqil olmağa çalışıb. 1980-ci ildən sonra Türkiyədə, 1950-ci ildən bəri, İraq, Suriya və İranda müstəqillik və ya muxtariyyət cəhdləri var. Amma biz buna klassik "müstəmləkəçilikdən qurtulmaq" deyə bilmərik. Məsələn, Türkiyədə türklər və kürdlər bərabər vətəndaşlıq statusu daşıyır, hər hansı bir kürd dövlət qurumunda vəzifədə çalışması, oxuması və ya yüksəlməsi üçün bir maneə yoxdur; prezident belə ola bilirlər. Bu səbəbdən, çox fərqli proseslərdir. Digər tərəfdən, Suriyada diktatorluq olduğu üçün sadəcə kürdlər yox, türkmənlər və ərəblər də əzilirdi. Əslində, bu İraqda da belədir.

-  Sizin fikrinizcə, referendum mərhələsinə necə gəlib çıxıldı? Xüsusilə, iki faktorun önə çıxdığı deyilir. Birincisi, 2014-cü ildə İraq ordusunun İŞİD-lə mübarizədə İKRH və Peşmergələri tək qoyması. İkincisi isə Kərkük nefti. İKRH neftin digər ölkələrə satıldığını və onlara heç bir pay verilmədiyini iddia edir. Sizcə, bunlar referendum prosesinə necə təsir etdi?

- Uzun müddətdir ki, bu regionda müstəqilliyə meyillilik var idi. Talabani və Bərzani bunun üçün mübarizə aparırdılar. Ancaq həm Soyuq Müharibənin yaratdığı Şərq və Qərb blokları arasındakı qütbləşmə və bunun meydana çıxardığı status-kvo, həm də Yaxın Şərqdəki diktatorial sistemlər nəticəsində bu cəhdlər hər hansı bir formada müvəffəqiyyət qazana bilmədi. İraq cəhətdən yanaşdıqda isə bu cəhdin müvəffəqiyyət qazanmasının əsas səbəbləri ilk olaraq Körfəz hərəkatı, sonra Səddamın devrilməsi və onun devrilməsinin ardından ölkədə dövlət nüfuzunun yoxa çıxmasıdır. Onsuz da kürdlər əsasən şimal regionlarda yaşayırdılar. Şiə rəhbərliyinin Türkmənlər və sünni kürdlərə qarşı ayrıseçkilik etməsi, İŞİD-in meydana çıxması və İŞİD-lə mübarizədə İraq ordusunun tam əksinə Peşmergələrin daha çox müvəffəqiyyət qazanması və hazırda həm İraqda, həm Suriyada İŞİD-ə qarşı mübarizədə Peşmergələrin əhəmiyyətli rol oynaması, hansı ki bu ABŞ baxımından da çox əhəmiyyətlidir, bu fürsəti meydana çıxarır. Əlbəttə ki, İKRH da lazımi şəraitin meydana çıxdığını görür. Çünki Türkiyə, İran və İraqın bir çox problemi var. Eyni zamanda, İKRH İŞİD-ə qarşı mübarizədə ABŞ-la eyni tərəfdədir. İŞİD ortadan qalxdıqdan sonra kürdlərə ehtiyac olmayacaq. Onlar bu xaosdan istifadə edərək müstəqillik referendumunu təmin etməyə çalışırlar. Digər tərəfdən, Şimali İraqda ərəblər və türkmənlərə qarşı etnik təmizlik aparıldığını da qeyd etmək lazımdır. Onlar İŞİD və Peşmergələr tərəfindən bu regiondan çıxardılırlar. Bunu edərək də regionu müstəqillik üçün hazırlayırlar.

- İŞİD ilə mübarizə aparmaq üçün ABŞ-ın kürdlərə ehtiyac duyduğunu dediniz. Hər kəs Böyük Yaxın Şərq Layihəsini qeyd edir. Rəsmi olaraq belə bir şey olmasa da belə bir konspirasiya nəzəriyyəsi var. Əslində, orada bir kürd dövləti yox, İsrailə müttəfiq dövlət qurulacağı iddia olunur. Sizin bununla bağlı fikirləriniz necədir?

-  ABŞ və ya digər dövlətlər bunu kürdləri sevdikləri üçün etmirlər. Bilirsiniz ki, ərəb regionunda dini radikal qruplar var. İran uzun müddətdir ki, ABŞ-la mübarizə aparır. Türkiyədə AK Parti hökumətiylə başlayan daha müstəqil fəaliyyət göstərən yüksək İslam meyilli  bir hökumət də var. Buna baxmayaraq, ərəb-kürd-türk elementinin qarşısında dünyəvi, çox dindar olmayan ABŞ və İsrailin dəstəyi olmadan yaşaya bilməyəcək bir dövlət arzulanır, o da İsrailə müttəfiq olacaq. İlk vaxtlarında ABŞ-a möhtac olacağı üçün ABŞ və İsrail siyasətindən kənara çıxması mümkün olmayacaq. Əsasən, istənilən də budur, 1980-ci illərdən etibarən çəkilən xəritələrdə də mövcuddur.

-  Türk hökuməti bu referenduma qarşı olduğunu bildirib. Həmçinin, ən sərt açıqlamanı MHP Sədri Devlet Bahçeli verib və deyib ki, referendum müharibə səbəbidir. Referendumun Türkiyə üçün müsbət nəticələr vermə ehtimalı var mı, ümumiyyətlə Türkiyə üçün nəticələri necə olar?

-  Müsbət  nəticələr doğurması mümkün deyil. Türkiyənin Suriyada bir PYD/PKK problemi var. Şimali İraqda isə PKK-ya qarşı Bərzani ilə ittifaq qurub. Bərzani Türkiyə ilə yaxşı əlaqələri olan şəxsdir. Əlbəttə ki, Türkiyə cəhətdən çətin bir vəziyyətdir. Suriyadakı PYD/PKK məsələsi olmasaydı, Türkiyənin mövqeyi daha sərt ola bilərdi. Amma Türkiyə, Azad Suriya Ordusundan (Türkiyənin Suriyada dəstək verdiyi müxaliflər) başqa, quru qüvvələri cəhətdən başqa müttəfiq olmadığı üçün İraqda məcburan Bərzani ilə müttəfiqi olub. Buna görə də, Türkiyənin referenduma qarşı müxaliflik edəcəyini, amma bunu bir müharibə səbəbi olaraq görəcəyini düşünmürəm. Çünki Bərzanidən daha təhlükəli olan PKK/PYD var. Türkiyə bunu bir beka (Türkiyənin coğrafi təhlükəsizliyi) məsələsi olaraq görür. İraqdakı Kürd referandumu, daha sonra Suriya, Türkiyə və İranın kürd regionlarına da təsir edəcək. Sonralar vahid bir Kürdüstan qurulması üçün çalışacaqlar.

-  Lakin Bərzani təxminən ay yarım əvvəl verdiyi müsahibəsində bildirib ki, PKK-nı terror təşkilatı olaraq görmür.

-  Bu qüvvələr bir-biri ilə mübarizədə olsa da, mövcud vəziyyətdə bir-birlərinə zərər vermək istəmirlər. Çünki bu nöqtədə hər hansı bir formada birləşmək məcburiyyətindədirlər. Bu vəziyyətin də çox dəyişəcəyini düşünmürəm. Burada özlərinə düşmən saydıqları dövlətlərə qarşı müstəqillik üçün mübarizə apardıqlarını görürük. Buna görə də, bu anda münaqişəyə daxil olacaqlarını düşünmürəm. Lakin sonra müəyyən maraq və mənfəətlər səbəbilə münaqişələr meydana çıxa bilər.  

- Regionda mühüm dövlətlərdən biri olan İrana da toxunmaq istərdim. Əslində, İran bu baxımdan Türkiyə ilə oxşar siyasət aparır. O regionda Kürd dövləti istəmir. Digər tərəfdən, 2 ay əvvəl İran Baş Qərargah rəisi Türkiyəyə gəldi və müəyyən diplomatik görüşlərdə oldu. Ancaq Türkiyə ilə bu barədə heç bir ittifaqı olmayacağını dedilər. Sizcə, İran bu məsələdə necə siyasət yeridər?

- İran və Türkiyə uzun müddətdir bir-birinə etibar etməyən iki dövlətdir. Hətta keçmiş dövrdə bəzi hallarda İranın Türkiyə əleyhdarı DHKP-C-dən istifadə etdiyini də bilirik. Ancaq görünür, İran son dövrdə, ən azından son 3-4 aydır ki, regiondakı təhlükəni daha yaxşı hiss edib. İraq və Suriyaki hadisələrin İran və Türkiyəyə də təsir etdiyi görünür. Əslində, bu iki dövlət əvvəlcədən ittifaq qura bilsəydilər, regionda bu qədər qarışıqlıq olmazdı, ABŞ və Rusiyanın regiona bu qədər müdaxilə etməsi mümkün olmazdı. Ancaq Türkiyə və İran razılığa gələ bilmir, çünki tarixi və məzhəbçilik cəhətdən etibarsızlıq var. Həmçinin, İranın da əhəmiyyətli problemləri var və görünür, bunu artıq anlayıblar, Türkiyəyə də etibar edirlər. Əgər ittifaq qura bilsələr, Yaxın Şərqdəki məsələlər də özlərinin lehinə həll olunar. Əks təqdirdə, İraq və Suriyadan sonra ayrılması planlaşdırılan Kürd regionları Türkiyədə və İrandadır.

- Sonda bunu da soruşmaq istəyirəm. Bildiyimiz kimi, müxtəlif millətlər İKRH-də yaşayır. Sadəcə kürdlər yox, xüsusilə Kərkükdə Türkmənlərin yaşadığı yerlər var, ərəblərin yaşadığı regionlar var. Məlumdur ki, onlar əsasən referenduma qarşı çıxırlar. Referendumdan ölkədən ayrılma qərara çıxarsa, bu millətlərin taleyi necə olacaq?

-  Ərəblər, türklər və kürdlərin taleyi artıq çox dəyişib. Səddam, həm ərəb, həm də kürd və türklərə çox zülm verdi. Amma mövcud şiə hökuməti də şiə olmayanlara qarşı ayrıseçkilik siyasətini həyata keçirir. Kürdlər də bu fürsətdən faydalanır və regionda türkmən və ərəbləri sıxışdırırlar. Regiondakı mövcud vəziyyət də türkmən və ərəblərin əleyhinədir. Burada ərəb-kürd-türkmən federasiyası yerinə, kürd dövlətinin qurulması, Səddamın vaxtında olduğu kimi ərəb və türkmənləri çətin vəziyyətə salacaq.


Müsahibəni götürdü: Mirəli Mirhəşimli

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında
14:18 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Ehtiyatda olan hərbçilərin təlimlərə çağırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
11:04 18.05.2024
Ramil İsgəndərli: "Müharibənin mənfi nəticələrinin aradan qalxmasında QHT-lərin çox böyük rolu oldu" - VIDEO
11:00 18.05.2024
ABŞ-dan Kiyevə QADAĞA
ABŞ-dan Kiyevə QADAĞA
10:52 18.05.2024
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
Azərbaycan neftinin qiyməti 85 dollara yaxınlaşır
10:41 18.05.2024
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
"Qərb Rusiyanın məğlub olmasını istəmir" - Zelenski
10:30 18.05.2024
Mədəniyyət ocağının acınacaqlı vəziyyətə düşməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
10:30 18.05.2024
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
10:15 18.05.2024
Kirayə qaldığı evi satan kirayəçini neçə il həbs gözləyir? - Ekspertlərin RƏYİNDƏ
10:00 18.05.2024
Avtomobili və sürücülük vəsiqəsi olmayan şəxsə cərimə YAZILDI – VİDEO
09:40 18.05.2024
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
Qəzzada atəşkəs danışıqları dayandırıldı – KİV
09:20 18.05.2024
Azərbaycanda ÜDM istehsalı 4 faizdən çox ARTIB – RƏSMİ
09:03 18.05.2024
Vəhşicəsinə öldürülən Könülün sonuncu dəfə telefonla danışdığı qadın da ÖLDÜ
06:34 18.05.2024
Meksikada atışmada merliyə namizəd və daha 5 nəfər ölüb
05:28 18.05.2024
Rusiyada hərbi akademiyada partlayış olub, xəsarət alanlar var
04:06 18.05.2024
Azərbaycanın voleybol millisi Xorvatiyanı məğlub edib
03:59 18.05.2024
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib
02:17 18.05.2024
Slovakiyanın Baş nazirinə sui qəsd etmək istəyən şəxs məhkəmə qarşısına çıxarılacaq
01:00 18.05.2024
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
00:16 18.05.2024
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
23:55 17.05.2024
Yeni Kaledoniyada etirazlar zamanı 163 nəfər saxlanılıb
23:30 17.05.2024
ABŞ generalı: Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq
23:13 17.05.2024
Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - YENİLƏNİB-2
22:56 17.05.2024
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb
22:35 17.05.2024
Fransa Yeni Kaledoniyanın bəzi ərazilərinə nəzarəti itirib
22:29 17.05.2024
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:00 17.05.2024
Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan QOVULDU
21:41 17.05.2024
Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb
21:22 17.05.2024
DVX: Azərbaycanda bütün vergi tənzimləmə alətləri milli karbonlaşma tədbirləri ilə uyğunlaşdırılacaq
21:00 17.05.2024
Hamısı