“Bakıda ikinci şopinq festivalının keçirilməsi ölkə iqtisadiyyatını möhkəmləndirəcək”, deyə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Eurasia Diary-ə bildirib.
- Bakıda keçirilən şopinq festivalının Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir, turizm və sahibkarlığın inkişafına o necə təsir göstərəcək?
- Hazırda Azərbaycan daxili və xarici bazarı diversifikasiya etməklə iqtisadiyyatını inkişaf etdirir. Baku Shopping Festival - elektroenenergetika, geyim, kosmetika və s. müxtəlif mal və xidmətlərlə təmin etmək üçün çox gözəl imkandır. Bunu etməklə Azərbaycan regionun keyfiyyətli mal almaq istəyən turistlərini cəlb edən ölkələr siyahısına daxil olur. Bu tələb və təklifi balanslaşdırmaq üçün əla fürsətdir. O, istehsal sənayesini yaxşılaşdıracaq və Azərbaycanı beynəlxalq bazarda daha rəqabətədavamlı edəcək.
- Bu festival Azərbaycana turist axınına səbəb ola biləcəkmi? Bunun üçün hansı tədbirlər görülməlidir?
- Şübhəsiz! Məsələn Milanda çox məşhur bir küçə var – Via Montenapoleone. Burada İtaliya və digər ölkələrin ən prestijli markalarının olduğu mağazaları var. Alış-veriş etmək və sadəcə Montenapoleonanı görmək üçün çoxlu sayda turist Milana gəlir. Azərbaycanda da bunu etmək üçün Bakıda keçirilən şopinq festivalı atılan ilk addımdır. "Vergisiz” strategiya mənim də çox xoşuma gəlir və düşünürəm ki, mallar öz maya dəyərinə satılır. Nəticədə alıcılar öz pullarını Azərbaycanda xərcləməyə üstünlük verəcək və az xərcləməklə yüksək keyfiyyət əldə etmiş olacaq. Ümid edirəm ki, bu uğurlu strategiya Azərbaycanın bütün ticarət bazarına təsir edəcək.
Ayaz Mirzəyev