Vyetnam-AİB arasında Azad Ticarət haqqında müqavilənin nailiyyətləri ÖZƏL

Müsahibələr 13:11 06.12.2017

Vyetnam Sosialist Respublikası coğrafi mövqeyi ilə seçilir və Cənub-Şərqi Asiyada mühüm rol oynayır. Bu, ölkənin iqtisadiyyatına da öz təsirini göstərir.

Vyetnam Sosialist Respublikasının Avropa-Amerika Bazarı İdarəsinin və Sənayə və Ticarət Nazirliyinin direktor müavini xanım Nquyen Kanh Nqok  Vyetnam və Avrasiya İqtisadi Birliyi arasında iqtisadi əlaqələr və gələcək fəaliyyət barədə Eurasia Diary-nin suallarını cavablandırıb. 

Vyetnam və Avrasiya İqtisadi Birliyi arasında Azad ticarət zonası

Vyetnam - Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət haqqında Sazişə dair təşəbbüs 2013-cü ilin martında Hanoi-də irəli sürülmüşdü. Ölkə prezidenti, eləcə də Vyetnamın baş naziri və AİB-nin beş üzv dövləti tərəfindən təsdiqlənən bu saziş 2015-ci il mayın 29-da Qazaxıstan Respublikasında imzalanıb. Hər iki tərəf daxili təsdiq prosedurlarını  yerinə yetirdikdən sonra razılaşma 2016-cı il oktyabrın 5-də qüvvəyə minib. Bu saziş nəticəsində ölkələrarası ticarət inikşaf etmişdir. Vyetnam Gömrük İdarəsinin statistikasına əsasən 2015-ci il ilə müqaisədə 2016-cı ildə  bu ölkələr arasında idxal-ixrac dövriyyəsi 23% artaraq 3.04 milyard dollar çatmışdı.

Vyetnamın Avrasiya İqtisadi Birliyinə ixracı

2017-ci ilin iyulunun sonlarında saziş efektli nəticələr verməyə başladı. Vyetnam AİB-ə ixrac etdiyi mal dövriyyəsi 354,3 milyon ABŞ dollar təşkil etdi və bu mallara 9908 mənşə sertifikatı (Forma EAV) təqdim edildi. Vyetnamdan ixrac olunan məhsullar əsasən  tekstil, ayaqqabı, dəniz məhsulları, kənd təsərrüfatı məhsulları və elektron cihazlardır.

Vyetnamın Avrasiya İqtisadi Birliyindən idxalı

Vyetnam Gömrük İdarəsinin statistikasına əsasən Vyetnam - Avrasiya İqtisadi Birliyi arasında Azad Ticarət Sazişi qüvvəyə mindiyi gündən etibarən xüsusi imtiyazlı vergi tətbiq olunan idxal mallarının sayı artmışdır. 2016-cı ilin son 3 ayında bu cür məhsulların ümumi dövriyyəsi 44 milyon dollar təşkil edib.

Vyetnam və Avrasiya İqtisadi Birliyinin müvafiq orqanları bu sazişi tarifsiz sektorlarda da yerinə yetirirlər. Məsələn, ticarətin mühafizəsi mənşə qanunu, gömrük idarəçiliyi, ticarətdə texniki maneələr, qida gigiyenası və təhlükəsizlik metodları, sanitar və fitosanitar tədbirlər, dövlət satınalmaları, əqli mülkiyyət və s. Vyetnam və Avrasiya İqtisadi Birliyi arasında ikitərəfli ticarətin optimallaşdırılmasına gətirib çıxarır.

Gələcəkdə Avrasiya İqtisadi Birliyinə qoşulmaq imkanı

İqtisadi imkanları oxşar olan ölkələr çox vaxt dünya arenasında nüfuzlarını artırmaq üçün güclərini birləşdirir (Avropa İttifaqı buna nümunədir).

Avrasiya İqtisadi Birliyinin strukturu Avropa İttifaqının strukturuna bənzəyir. Vyetnam və bu Birliyin iqtisadiyyatı təktərkibli yox daha çox tamamlayıcı olduğundan onların birləşməsinə ehtiyac duyulmur. Bundan əlavə, coğrafi məsafəni nəzərə alsaq, regional birliyin formalaşmasında əsas meyar olan Vyetnam AİB-ə üzvlüyə namizəd kimi az uyğundur. Buna baxmayaraq, Vyetnam və AİB ölkələri arasında ticarət inkişaf etməkdədir.

Beləliklə, Vyetnam-Avrasiya İqtisadi Birliyinin əsas məqsədi iki ölkə arasında məhsul axınının və investisiyaların inkişaf etdirilməsidir.

Vyetnam və Avrasiya İqtisadi Birliyi arasında investisiya layihələri

2012-ci ildə iki ölkə liderlərinin qərarı ilə Vyetnam-Rusiya Prioritet İnvestisiya Layihələri üzrə Yüksək İşçi Qrupu (İşçi Qrupu) yaradılmışdır. Vyetnam-Rusiya Prioritet İnvestisiya Layihəsi çərçivəsində neft və qaz yataqları, nəqliyyat, kənd təsərrüfatı, elektrik, tikinti, sənaye və yüksək texnologiyalar sahələrində 17 layihə var.  Bu layihələr yüksək sosial-iqtisadi əhəmiyyətə malikdir  və Vyetnam-Rusiya əməkdaşlığında böyük rol oynayır.

Rusiya ilə Vyetnam arasındakı ticarət dövriyyəsi

2016-cı ildə Rusiya ilə Vyetnam arasındakı ticarət dövriyyəsi 2015-ci il ilə müqaisədə 26% artaraq 2.7 milyard dollar təşkil edib.

Vyetnamın son illərdə Rusiyadan idxalının əsasını neft, polad, gübrələr, maşın və təchizat avadanlıqları təşkil etmişdir. Rusiyaya əsas ixrac olunan məhsulların arasında telefon, kompüterlər və digər elektron cihazlar, toxuculuq məhsulları, ayaqqabı, dəniz məhsulları, qəhvə, kakao, düyü və tərəvəzlər çoxluq təşkil edib.

Rusiya Federasiyası xüsusilə də mineralların çıxarılması və emalı, elektrik enerjisi, avtomobil istehsalı, maşın istehsalı, kimyəvi maddələr və s. sahələrdə güclü sənayeyə malikdir. Bu razılaşma nəticəsində Vyetnam da  yüngül sənaye, emal sənayesi, neft və qaz istismarı və digər sahələrdə birliyə üzv ölkələrdə öz sərmayələrini təşviq etmək və genişləndirmək imkanına malikdir.

Vyetnam və Belarus arasında ticarət dövriyyəsi

İki ölkə arasında idxal və ixrac strukturu bir-birini tamamlayır. Vyetnamın Belarusiyaya ixracatını əsasən telefon, dəniz məhsulları, tərəvəzlər və digər məhsullar təşkil edir. Eyni zamanda, Vyetnam Belorusiyadan əsasən Kali gübrəsi, maşın avadanlığı və ehtiyat hissələri, yük maşınları, plastik materiallar, 12 oturacağı olan avtomobil, SKD komponentləri idxal edib.

Vyetnam və Qazaxıstan arasında ticarət dövriyyəsi

Son illərdə iki ölkə arasında idxal və ixrac strukturu demək olar ki, dəyişməyib. Vyetnam ixracatına əsasən telefon, kompüterlər, kənd təsərrüfatı məhsulları, dəniz məhsulları, maşın hissələri, dəmir və polad daxildir. Vyetnam, Qazaxıstandan metal, filiz və mineral kimi məhsulları idxal edir.

Bu iki ölkə arasında Long Phu Real Estate Company, Bolat Duisenovun külək enerjisi və Petrovietnam Neft və Qaz Qrupu və KazMunayGas kimi investisiya layihələri imzalanıb.

Yaxın vaxtlarda Vyetnam və Qazaxıstan müəssisələri öz təşəbbüslərini enerji, neft və qaz, faydalı qazıntıların emalı, telekommunikasiya, tikinti sahələrində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və inkişafına yönləndirəcəklər.

 

Lin Tonq

BAMF-ın  Budapeştdəki təmsilçisi

İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO

Xəbər xətti

İranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığı təsdiqlənib
09:00 19.05.2024
Rusiya XİN İsveçrədə Ukrayna üzrə sammitin keçirilməsinə münasibət bildirib
00:14 19.05.2024
“Bayer” Almaniya çempionatını məğlubiyyətsiz başa vurub
23:58 18.05.2024
Güləş yığmamız Avropa çempionu oldu
23:31 18.05.2024
Cüdoçularımızın dünya çempionatındakı rəqibləri müəyyənləşdi
22:48 18.05.2024
Şamaxıda 63 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
22:24 18.05.2024
“Bu il alacağımız F-16-lar müharibədə həlledici rol oynamayacaq” - Zelenski
21:55 18.05.2024
Moldovada demoqrafik vəziyyət pisləşib
21:29 18.05.2024
Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
21:11 18.05.2024
Bolqarıstan Prezidenti Rusiya üzərində qələbəni qeyri-mümkün hesab edir
21:00 18.05.2024
Türkiyə səfirliyi Qırğızıstandakı vətəndaşlarına xəbərdarlıq edib
20:34 18.05.2024
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə edib
20:20 18.05.2024
BMT-nin Baş katibi: Yaxın Şərqdə sülhə gedən yeganə yol İsrail və Fələstin dövlətinin yaradılmasından keçir
20:00 18.05.2024
"Zamana sığmayan Lider: Heydər Əliyevin idarəçilik və varislik fəlsəfəsi" adlı monoqrafiya Azərbaycanın müstəqil inkişaf yoluna işıq salır
19:59 18.05.2024
Qarabağ Universitetinin bukleti hazırlanıb
19:29 18.05.2024
Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
19:00 18.05.2024
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib
18:20 18.05.2024
Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək
18:00 18.05.2024
Slovakiya Baş nazirinə qarşı hücum edən şəxs günahını etiraf edib
17:39 18.05.2024
Prezident və Birinci xanım Zəngilanda “Ağalı” otelinin açılışında - YENİLƏNİB
17:20 18.05.2024
Rusiya Ukraynada daha bir yaşayış məntəqəsini ələ keçirdi
17:00 18.05.2024
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
16:29 18.05.2024
Qəzzaya dənizdən humanitar yolu açılıb
Qəzzaya dənizdən humanitar yolu açılıb
16:00 18.05.2024
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
"ChatGPT-40" insanlarla mübahisə edir OpenAİ işçisi
15:40 18.05.2024
Azərbaycan paraatleti Yaponiyada dünya çempionu OLDU
15:20 18.05.2024
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
Fransa Yeni Kaledoniyada hərbi vəziyyət ELAN ETDİ
15:00 18.05.2024
İlham Əliyev Zəngilanın Mincivan qəsəbəsinin təməlini qoyub
14:45 18.05.2024
Filippində zəlzələ oldu
14:40 18.05.2024
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:36 18.05.2024
Rabatda Azərbaycanla bağlı sənədli filmin təqdimatı keçirilib
14:04 18.05.2024
Sabahın HAVA PROQNOZU
13:50 18.05.2024
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub
13:27 18.05.2024
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub
13:20 18.05.2024
İşğaldan azad edilmiş ərazilərdə neçə hektar sahə minalardan TƏMİZLƏNİB? - VİDEO
12:45 18.05.2024
Şərqi Avropada enerji təhlükəsi yaranıb
Şərqi Avropada enerji təhlükəsi yaranıb
12:40 18.05.2024
"Qarsdan Naxçıvana dəmir yolu bu tarixdə HAZIR OLACAQ" – Türkiyəli nazir
12:05 18.05.2024
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:41 18.05.2024
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
Ukrayna Prezidenti Çini sülh konfransına dəvət edib
11:28 18.05.2024
Avropa ölkələri TAP ilə Azərbaycandan 35 milyard kubmetrdən çox qaz alıb
11:21 18.05.2024
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
Bu rayonlara qar yağıb – FAKTİKİ HAVA
11:11 18.05.2024
Hamısı